18 İyun 2026
00:13
65

2 nömrəli Klinik Psixiatriya Xəstəxanasında Tibb İşçilərinin Peşə Bayramı ilə bağlı görüş keçirilib - FOTOLAR

17 iyun 2026-cı il tarixində Tibb işçilərinin peşə bayramı münasibətilə Səhiyyə Nazirliyinin 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasında görüş keçirilib. Tədbirdə xəstəxananın həkim və orta tibb heyəti iştirak edib.

İslahat.az xəbər verir ki, görüş zamanı xəstəxananın fəaliyyəti barədə videoçarx nümayiş etdirilib. Daha sonra baş həkim Leyla Bəşirova çıxış edərək tibb işçilərini peşə bayramı münasibətilə təbrik edib, onların gündəlik fəaliyyətində göstərdikləri fədakarlıq, yüksək məsuliyyət və peşəkarlığın səhiyyə sistemində mühüm rol oynadığını vurğulayıb. Ardınca xəstəxananın klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov çıxış edərək psixi sağlamlıq sahəsində çalışan mütəxəssislərin ağır və məsuliyyətli əmək şəraitində göstərdikləri fədakarlığın cəmiyyət üçün əhəmiyyətini qeyd edib.

Qeyd edək ki, 17 iyun tarixi ümummilli lider Heydər Əliyevin 2001-ci il 4 iyun tarixli Sərəncamına əsasən ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.

Tədbir səmimi şəraitdə başa çatıb, iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

İslahat.az