08 İyul 2024
18:01
424

Bu, Azərbaycanın Avrasiyada güc mərkəzinə çevrilməsinə xidmət edəcək

"Azərbaycan müstəqilliyinin ilk illərindən etibarən Türk Dünyası ilə əlaqələrini inkişaf etdirilməsi yürüdülən xarici siyasətin əsas xəttini təşkil edib. Hələ zamanında ulu öndər Heydər Əliyev  türkdilli dövlətləri arasında sıx inteqrasiyanın təşkil edilməsi və vahid bir təşkilat ətrafında formalaşması istiqamətində ciddi səylər göstərilib. Bu siyasət cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Cənab Prezident İlham Əliyev bəyan edib ki, bizim gələcək inkişaf taleyimiz türk dünyası və türk ailəsi ilə bağlıdır. Biz yalnız birlikdə güclü ola bilərik. Yürütdüyü xarici siyasətin ana xəttini də məhz türkdilli dövlətlərin təmərküzləşməsi və vahid güc kimi formalaşması istiqamətində qurub.

Türkdilli dövlətlər arasında daha sıx əməkdaşlıq formatının yaradılması məqsədilə 2009-cu ildə Naxçıvanda keçirilən Zirvə toplantısında Naxçıvan bəyannaməsi imzalandı. Hədəf müsir geosiyasi düzəndə türkdilli dövlətlərin beynəlxalq münasibətlər sistemində vahid bir siyasi-iqtisadi güc mərkəzi kimi formalaşıb fəaliyyət göstərməsidir. Artıq bu istiqamətdə ciddi addımlar atılıb və atılmaqdadır".

Bunu Ölkə.Az-a açıqlamasında deputat Şahin İsmayılov deyib.

Onun sözlərinə görə, iyulun 5-6-da Şuşada Türkdilli Dövlətlər Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə toplantıdı türkdilli dövlətlərin   daha sıx inteqrasiya olunmuş əməkdaşlıq fomatı və vahid siyasi-iqtisadi güc kimi formalaşması baxımdan mühüm əhəmiyyət kəsb edəcək. "TDT-nin qeyri-rəsmi zirvə görüşünün Şuşada keçirilməsinin sıradan bir tədbir deyildi, bu İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın postmüharibə dövrü üçün yaratdığı geosiyasi reallığın beynəlxalq aləmin diqqətinə çatdırılması baxımdan çox böyük siyasi əhəmiyyət kəsb edən bir tədbir idi", - o qeyd edib.

Deputat əlavə edib ki, Şuşa sammiti Ermənistanın onun arxasındakı havadarlarının dəstəyi ilə həyata keçirdiyi işğalçılıq siyasəti zamanı törədilən vandalizm siyasətini beynəlxalq aləmə nümayiş etdirilməklə yanaşı, postmünaqişə dövrü üçün planlarını  təqdim etməsi kimi qiymətləndirmək lazımdır:

"Zirvə görüşünün yekunu olaraq imzalanan Qarabağ Bəyannaməsi həm TDT-nin siyasi-iqtisadi güc kimi formalaşması,  beynəlxalq münasibətlər sistemində daha ciddi  rol oynaması, Qərblə Şərq arasında əməkdaşlıq, nəqliyyat, enerji, logistika, iqtisadi-ticari, bərpaolunan ernerji sahəsində əməkdaşlığa, o cümlədən bölgədə dayanıqlı sülhə, sabitliyə, təhlükəsizliyə də öz  töhfəsini verəcək.

Bu eyni zamanda Azərbaycanın gələcək inkişaf strategiyası, Qarabağ və Şərqi Zəngəzura "Böyük Qayırış" proqramın daha tez bir zamanda icra olunması qarşıya qoyulan hədəflərə nail olunması baxımdan ciddi əhəmiyyət kəsb edir. TDT-nin qeyri-rəsmi Şuşa zirvə toplantısı və imzalanan Qarabağ bəyannaməsi Azərbaycanın Avrasiya coğrafiyasında siyasi-iqtisadi-mədəni mərkəzə çevrilməsinə xidmət edəcək.

Toplantı həmçinin Azərbaycanın noyabrda keçirəcəyi COP29 sammitinin daha yüksək səviyyədə keçirilməsi baxımdan da öz töhfəsini verəcək".