Ramin Hacılı:"Hüquqi əsasın yaranmasını nəzərə alaraq cəzanın qalan hissəsini Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində çəkməyimə köməklik etməyinizi xahiş edirəm”.
Müstəqil bloger, ictimai fəal, Azərbaycan Avropa Hərəkatının 5 ildən çoxdur həbsdə saxlanılan sədri Ramin Hacılı Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənabİlham Əliyevəmüraciət ünvanlayıb.
O, oxşar məzmunlu müraciəti birinci Vitse-prezident Mehriban xanım Əliyeva,Prezidentin Hüquq-mühafizə orqanları ilə iş üzrə köməkçisi cənab Fuad Ələsgərov, Ədliyyə naziri cənab Fərid Əhmədov, Ombudsman Səbinə xanım Əliyeva, Ali Məhkəmənin sədri cənab İnam Kərimov, Baş prokuror cənab Kamran Əliyev, Mətbuat Şurasının sədri Rəşad Məcid və Millət vəkilləri Zahid Oruc ilə Fazil Mustafaya da göndərib.
Həmin müraciətini təqdim edirik:
M Ü R A C İ Ə T
(2/3 ilə bağlı)
Möhtərəm cənab Prezident!
Bakı Ağır Cinayətlər Məhkəməsinin26 oktyabr 2022-ci il tarixlihökmü ilə mən 8 il müddətinə azadlıqdan məhrum edilmişdim.
Şikayətim əsasında sonradan aparılmış araşdırmalarla məlum oldu ki,mən kimlərdənsə pul alıb hansısa vəzifəli şəxslərə rüşvət kimi verməmişəm. Buna görə də Bakı Apellyasiya Məhkəməsi mənə CM-nin 32.4,312.2-ci maddəsi üzrə bəraət verdi. Prokuror həmin bəraət qərarından protest versə də, Ali Məhkəmə həmin protesti rədd etdi vəmənə bəraətin düzgün verildiyini təsdiqlədi.
Ali Məhkəmənin bəhs etdiyim 28 iyun 2024-cü il tarixli yekun qərarına əsasən CM-nin 29,178.3.1-ci maddəsi (dələduzluğa cəhd) ilə mənə təyin edilmiş cəzaüzərimdən götürüldüvəbarəmdə təyin olunmuş cəza azaldılaraq7 ilmüddətinə azadlıqdan məhrumetmə edildi.
Həmçininhəmin qərar ilə istintaq dövründə həbsdə saxlanıldığım 9 ay 10 gün müddət təyin olunmuş ümumi cəzadan çıxılaraqüzərimdə 6 il 2 ay 20 gün saxlanıldı.
Bütün bunlarla yanaşı, Ali Məhkəmənin qeyd etdiyim qərarından aydın olur ki, mən kimlərəsə qarşı dələduzluq etməmişəm. Belə ki, məhkəmə qərarlarında mənə münasibətdəzərərçəkmiş qismində heç kim tanınmayıb.Ümumiyyətlə, cinayət işi üzrə dindirilmiş hər kəs mənə qarşı şikayət və tələbinin olmadığını bildirib......
O cümlədəncinayət işi materiallarından və məhkəmə qərarlarından görünür ki, mən nə hansısa cinayətkar qrupla əməkdaşlıq etməmişəm, nə də saxta sənəd hazırlamamışam.
Qeyd edim ki, mənə qarşı irəli sürülmüş bütün ittihamlar 2018-ci ilə qədərki dövrə aiddir. Bu isə sübut edir ki,Sizin tövsiyə məktubunuz əsasında 2019-cu ildə azadlığa çıxdıqdan sonra qanunsuz əməlim olmayıb.
Çox hörmətli möhtərəm Prezident!
Mənim 10 yaşım olanda atam, anam və kiçik qardaşımla birlikdə məcburi köçkün kimi Füzuli rayonundan Bakıya gələrək vaqonda məskunlaşdıq. Orta və ali məktəbi vaqonda yaşadığım müddətdə bitirdim.
23 yaşım olanda atamı itirmişəm. Atamın dəfnində iştirak edən müəllimim mənə demişdi: "sən özünü yetim sayma, dövlətini sev və ona qüdrətlənməsi üçün xidmət et ki, dünyanın harasında dara düşsən sənə sahib çıxacaq güclü dövlətin olsun!”.
O vaxtdan etibarən hər zaman dövlətimizin inkişafına töhfə verməyə çalışmışam,imkanım olan bütün arenalarda ölkəmizin mövqeyini müdafiə etmişəm.
Ali təhsil aldıqdan sonra ölkəmizə fayda verə bilmək üçün ictimai-siyasi fəaliyyətlə məşğul olmuşam.
Xüsusən Qarabağın azad edilməsi istiqamətindədövlətimizin həyata keçirdiyi siyasətə dəstək olmuşam. Aparılan mövcud siyasətin strateji olaraq uğur qazanacağına inanmışam. Bu güvənim öz təsdiqini tapdı və həyata keçirdiyiniz uğurlu siyasət nəticəsində dövlətimiz ərazi bütövlüyünü bərpa etdi.
2013-cü ildəbeynəlxalq təşkilatların iştirakı ilə Ermənistanda "Dağlıq Qarabağ münaqişəsinin həllində Vətəndaş Cəmiyyətinin rolu” mövzusunda keçirilən müzakirələrdə Azərbaycanın təmsilçisi kimi iştirak edərəkİrəvan şəhərində dövlətimizin haqlı mövqeyini müdafiə etdim.
2019-cu ilin iyun ayındaBakıdan Horadizə ayaqla (piyada) təkbaşına sivil yürüş edərəkdünya birliyinin diqqətini erməni işğalına çəkməyə nail oldum. Paşinyan rejiminin militarist fəaliyyətlərinə etiraz olaraq etdiyim bu dinc aksiya erməni cəmiyyətində rezonansa səbəb oldu.
27 sentyabr 2020-ci ildəErmənistanın təxribatına cavab olaraq Azərbaycan ordusu Sizin rəhbərliyinizlə haqq yürüşünə başlayanda tam gücümlə bu müqəddəs amala dəstək oldum. Əvvəllər olduğu kimi erməni təcavüzünə qarşı savaşda əlimdən gələni etdim.
Bəhs etdiyim fəaliyyətlərimlə mediadan və vikipediya hesabımdandaha ətraflı tanış olmaq olar.
Çox hörmətli cənab Prezident!
Sizə tam səmimiyyətimlə və qürurla deyirəm ki, dövlətimizə və vətənimizə hər zaman xidmət etmişəm, sadiq olmuşam.
Baxmayaraq ki, mənə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilibvə min bir əzab içində həmin cəzanın 5 ildən çox hissəsini çəkmişəm, hazırda da çəkməkdəyəm, yenə dədövlətimizə olan sədaqətimi qorumuşam.Nə hansısa başqa dövlətə, nə də hansısa xarici quruma müraciət etməmişəm, yalnız Azərbaycan dövlətinin ədalətinə etibar etmişəm.
Həyatımın bu ağır dönəmindəbütün provakasiyalara, məhrumiyyətlərə sinə gəldim,şirnikləndirici təklifləri rədd etdim və vətənimizə sədaqətimi qorudum.Hazırkı çətin şəraitdə belə qoruyuram.
İçimdə saf bir inam hissi var ki,bu səmimi müraciətim və bütün çətinliklər qarşısında mərd, sadiq və fədakar duruş sərgiləməyim qiymətləndiriləcək.
Sizin Azərbaycanın yeni mərhələyə qədəm qoyması ilə bağlı verdiyinizaçıqlama məndə gələcəyə böyük inam yaratdıvə 2024-cü ildə baş tutmuş Növbədənkənar Prezident Seçkilərində saxlanıldığım cəzaçəkmə müəssisəsində Sizə ilk səs verənlərdən oldum.
Əlavə olaraq mətbuat vasitəsilə ünvanladığım TƏBRİK məktubundauğurlu siyasi kursun bundan sonra da davam edəcəyinə görə şad olduğumu qeyd edərək Azərbaycanın dünyada qüdrətli dövlətə çevirilməsi, ərazi bütövlüyü və suverenliyini öz gücünə bərpa etməsi, vətəndaşların sabitlik və məmnunluq içində yaşamasının Sizin rəhbərliyiniz altında həyata keçirilən intibaha söykənən siyasətin nəticəsi olduğunu bildirdim.
Çox istərdim ki,yurddaşlarım kimi mən də işğaldan azad olunmuşdoğulduğum Füzuli rayonuna gedib atamın məzarını ziyarət edə bilim,mənə ehtiyacı olan anamın, yolumu gözləyən doğmalarımın yanında olum.
Hörmətli Zati-Aliləri!
Həbsdə olduğum 5 ildən çox müddətin son iki iliniƏN PX-in 17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılmışam.
Ali Məhkəmənin yekun qərarı ilə mənə təyin edilmiş 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasının 5 ildən çox müddətini çəkmişəm və hazırda 2 ildən az hissəsi qalıb. Bu isə o anlama gəlir ki, məntəyin edilmiş cəzanın 2/3 hissəsini çəkmişəm.
Həbsdə olduğum müddət ərzindəhər hansı bir qayda pozuntusuna yol verməmişəm, barəmdə heç vaxt tənbeh tədbiri görülməyib. Həm saxlanıldığım müəssisələrin əməkdaşları ilə, həm də digər məhkumlarla çox yaxşı münasibət qurmuşam.
Həmçininbu müddətdə baş tutmuş Prezident, Parlament və Bələdiyyə seçkilərindəaktiv iştirak etmişəm.
O cümlədən2024-cü ilin may ayında saxlanıldığım müəssisədəUlu Öndər Heydər Əliyevin 101 illiyinə həsr olunmuş şahmat turnirinin təşəbbüskarı olmuşam.
Ölkəmizdə keçirilmiş COP29 tədbirinin uğurla başa çatması münasibətilə mətbuatda təbrik məktubu ilə çıxış etmişəm.
Sizdən bu müraciətdə və qoşma edilmiş məktublarda edilmiş qeydləri,həmçininmənə qarşı hər hansı bir şəxsinşikayət və tələbinin olmamasını,səhhətimdə olanproblemləri,ittiham olunduğuməsas maddələr üzrəmənə bəraət verilməsini,beynəlxalq arenada ölkəmizin tanıdılması istiqamətində işlər görmüş və rəsmi dövlət qeydiyyatı olannüfuzlu ictimai təşkilatın rəhbəri olmağımı,ictimai-siyasi fəaliyyətim dövründəölkəmizə fayda verməyimi,yaşayış yeri üzrəmüsbət xarakterizəolunmağımı,ailə vəziyyətimi,atamın vəfat etməsi səbəbindən II qrup əlilanamın tək qalmasını vəmənim himayəmdə olmasını,ümumilikdə 5 ildən çox müddətdirhəbsdə olduğumuvə bu dövrdənümunəvi davranışımı,yalnızSizə və dövlətimizə güvənərək müraciətlər etməyimi,Cəzaların İcrası Məcəlləsinin 70-ci maddəsinə uyğun olaraqhüquqi əsasın yaranmasınınəzərə alaraq cəzanın qalan hissəsini Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində çəkməyimə köməklik etməyinizixahiş edirəm.
Güvən və sayqı ilə əvvəlcədən Sizə öz dərin minnətdarlığımı bildirirəm!
Dərin hörmətlə,
Ramin Hacılı
Azərbaycan Avropa Hərəkatının sədri
Tarix:1 oktyabr 2025-ci il.
Ünvan:Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsi.
Qoşma:Özümbarədə qısa bioqrafik məlumat (3 səhifə).
QEYD:Bu MÜRACİƏTİ mənim əlyazmam əsasında müdafiəçim komputerdə hazırlayıb. Doğruluğunu imzamla təsdiq edirəm.İmza:
Ramin Hacılının həyat yolu
-Hacılı Ramin Rasim oğlu(bundan sonra – Ramin Hacılı) 02 sentyabr 1983-cü il tarixində Azərbaycan SSR-ninFüzuli rayonunun Arayatılı kəndində doğulub. 1991-ci ildə Azərbaycan dövləti öz müstəqilliyini bərpa etdikdən sonra, 1993-cü ildə erməni hərbi birləşmələrinin Füzuli rayonunu işğal etməsi səbəbindən məcburi köçkün kimi ailəsi ilə birlikdə əvvəlcə İmişli rayonunda, sonra isə Bakı şəhərində məskunlaşıb və uzun müddət vaqonda yaşayıblar.
-Ramin Hacılıorta təhsilini Bakı şəhəri, Nizami rayonu220 saylı orta məktəbdəbitirib.Azərbaycan Dövlət İqtisad UniversitetindəBeynəlxalq Münasibətlərixtisası üzrə ali təhsil alıb. Türkiyə Cumhuriyyətində İstanbul Universitetinin, ABŞ-da Liderlik Proqramının, Malta Respublikasında ingilis dili üzrə kursun və bir çox beynəlxalq proqramın təhsillərini alıb.
-R.Hacılı2005–2006-cı illərdəDalğa Gənclər Hərəkatının (Dalğa GH) qurucularından biri və ilk sədri olub.
-R.Hacılı2008-ci ildən etibarənQarabağ münaqişəsi iləbağlı bir çox mötəbər beynəlxalq konfranslarda iştirakçı və məruzəçi kimi ingilis dilində çıxışlarında, bu mövzuda yazılarındaAzərbaycanın haqq səsini dünyaya çatdırıb.
-R.Hacılı2008-ci ildə Böyük Britaniyanın"İnternews” studiyasıtərəfindənözününhəyat və yaradıcılığından bəhs edən "Biz nə istəyirik?” adlı sənədli filmə çəkilib. Bu film həmin il üzrə "ilin ən yaxşı sənədli filmi” nominasiyasının qalibi olub.
-R.Hacılı2009-cu ildə Türkiyə Cumhuriyyətinin Bursa şəhərində keçirilən"Türkiyə, Azərbaycan və Ermənistan münasibətləri"adlı konfransa qatılıb. Konfransda çıxış edib və dünyanın bir çox ölkələrindən qatılan nüfuzlu media qurumlarında Qarabağ konflikti ilə bağlı mövqe bildirib. Həmin vaxt Bursa şəhərindəAzərbaycan dövlət bayrağının qadağan edilməsi haqqında şəhər rəhbərliyi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi prosesində aktiv iştirak edib. Eyni zamanda Bursa şəhərində baş tutan Ermənistan - Türkiyə milli komandaları arasında keçirilən futbol matçında qadağan olunan Azərbaycan dövlət bayrağını stadiona keçirə bilib vəErmənistan prezidenti Serj Sərkisyanın önündə qaldırıb.Bu hərəkətinə görə Türkiyə polisi tərəfindən saxlanılıb və barəsində araşdırma aparıldıqdan sonra sərbəst buraxılıb.
-R.Hacılı2010-cu və 2015-ci illərdə Milli Məclisə keçirilən seçkilərdə (iki dəfə)deputatlığa namizəd olub.
-R.Hacılı2012-ci ildə Beynəlxalq Avropa Hərəkatının Azərbaycan nümayəndəliyi olanAzərbaycanAvropa Hərəkatınınsədri seçilibvə Ədliyyə Nazirliyi tərəfindən həmin qurum dövlət qeydiyyatına alınıb.
-R.Hacılı2012-ci ildə Belçika Krallığında keçirilən Beynəlxalq Avropa Hərəkatının Hesabat Konqresinə qatılıb və həmin Konqresdə məsələ qaldıraraq ermənilərin yaratmış olduğu"Artsax (Qarabağ) Avropa Hərəkatı”nın ləğvinə nail olub.
-R.Hacılı2013-cü ildə ABŞ-ın "German Marşal” Fondunun dəstəyi ilə həyata keçirilən"Cənubi Qafqazda Sülh Quruculuğu”layihəsinin koordinatoru olub. Layihə çərçivəsində Azərbaycan, Gürcüstan, Ermənistan və Türkiyə Respublikalarından olan vətəndaş cəmiyyəti qurumları iştirak edib. İlk dəfə olaraq məhz Ramin Hacılının təşəbbüsü ilə region ölkələri ilə yanaşıTürkiyə Cumhuriyyətininvətəndaş cəmiyyəti qurumları da Cənubi Qafqaz üzrə sülh müzakirələrinə cəlb edilib.
-R.Hacılı2013-cü ildə Beynəlxalq təşkilatların iştirakı ilə Ermənistanda "Dağlıq Qarabağ münaqişəsinin həllində Vətəndaş Cəmiyyətinin rolu” mövzusunda keçirilən müzakirələrdə Azərbaycanın təmsilçisi kimi iştirak edib vəİrəvan şəhərində dövlətimizin haqlı mövqeyini müdafiə edib.
-R.Hacılı2013-2014-cü illərdə ABŞ Təhsilli Azərbaycan Məzunları Birliyinin(AAA)İdarə Heyəti üzvü olub.
-R.Hacılı2014-cü ildə"TEDx spikeri”kimi çıxış edib.
-R.Hacılı2014-cü ildə baş tutan"Qarabağ üçün oxu”sivil beynəlxalq kampaniyasının iştirakçısı olub.
-R.Hacılı2014 - 2015-ci tədris ilindəADA UniversitetindəAvropa Birliyi tarixindən dərs keçib.
-R.Hacılı2014-cü ilin 09 oktyabr tarixində şairə-publisist,yazıçı Aysel Əlizadəilə ailə həyatı qurub.
-R.Hacılı2016–2018-ci illərdə təhsil və turizm sahəsində fəaliyyət göstərən"No Border" Holdinqdə icraçı direktor vəzifəsində çalışıb.
-R.Hacılı2016-cı ilin fevral ayındaFransa Xarici İşlər Nazirliyinin dəvəti ilə Paris şəhərinə səfər edib və Qarabağ münaqişəsi ilə bağlı müzakirələrə qatılaraq Azərbaycanın haqlı mövqeyini dilə gətirib.
-R.Hacılı2016-cı ilin may ayında Niderland Krallığında baş tutan Beynəlxalq Avropa Hərəkatının Hesabat Konqresinə qatılaraq mövqe çıxışı edib və"Şərq Tərəfdaşlığı Proqramının Perspektivləri”mövzusunda keçirilən Sammitdə iştirak edənAzərbaycan nümayəndə heyətinə rəhbərlik edib.
-R.Hacılı2016–2017-ci illərdə Azərbaycan Avropa Hərəkatının təşəbbüsü iləİngilis və Azərbaycandillərində nəşr olunan "Azərbaycanı dünyada necə tanıtmalı?" jurnalınınideya müəllifiolub.
-R.Hacılı2016-cı ildə ABŞ-da fəaliyyət göstərən Azərbaycan İcmasının təşkilatçılığı ilə Nyu-York şəhərində keçirilən"18 oktyabr – Müstəqillik Günü”tədbirlərinə qatılıb.
-R.Hacılı2016 - 2017-ci illərdəAzərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasınınmaliyyə yardımı ilə icra olunan "Diqqət Azərbaycana!"layihəsinə rəhbərlik edib.
-R.Hacılımüxtəlif illərdə dərc olunan"Alma" ictimai–siyasi qəzeti və "Üçüncü Gələcək" elmi jurnalıkimi populyar nəşrlərinyaradıcısı olub.
-R.Hacılı2017 - 2018-ci illərdə Avropa Birliyinin maliyyə yardımı və Azərbaycan dövləti tərəfindən dəstəklənən"Qız övladlarına qarşı ayrı-seçkiliyin aradan qaldırılması”layihəsinə rəhbərlik edib.
-R.Hacılı04 iyun 2018-ci il tarixindən 14 mart 2019-cu il tarixinədək (09 ay 10 gün) həbsdə saxlanıldıqdan sonra Azərbaycan RespublikasıPrezidenti cənab İlham Əliyevin tövsiyə məktubu əsasında azadlığa buraxılıb.
-R.Hacılı2019-cu ilin aprel ayından etibarənmüstəqil blogerkimi fəaliyyətə başlayaraq sosial şəbəkələrdə özünün fərdi "youtube” kanalını(Ramin Hajili)və şəxsi saytını(www.raminhacili.az)yaradıb.
-R.Hacılı2019-cu ilin may ayında "Biz Qarabağı istəyirik!" kampaniyasını başladıb və08 iyun tarixinin QarabağGünükimi qeyd olunması ideyasını irəli sürüb. Dünya ictimaiyyətinindiqqətiniQarabağMünaqişəsinəçəkmək üçün təkbaşına və piyadaBakıdanHoradizşəhərinə kimi 293 km-lik yolu yürüş edib.
-R.Hacılı2019-cu ilin payızında Azərbaycan RespublikasıPrezidentininBMT kürsüsündən ermənilərin silahlanması ilə bağlı çıxışına dəstək üçün jurnalist araşdırması aparıb vəErmənistana daşınan silahlarla bağlı əldə etdiyi faktlarıöz sosial şəbəkə hesablarındaeksklüziv olaraq yayımlayıb.
-R.Hacılı2020-ci ildə baş vermişİkinci Qarabağ Müharibəsizamanı Horadiz şəhərinə gedərək əsgərlərə dəstək olub və həmin dövrdə beynəlxalq arenada Azərbaycanın haqlı mövqeyini müdafiə edib.
-R.Hacılı2021-ci ilin mart ayından etibarən"Bizim Media” xəbər portalında çalışıb.
-R.Hacılı2019 – 2021-ci illərdəAzərbaycan Respublikasınaqarşı qara kampaniya aparan xarici ölkələrdə yaşayan "bloger”lərə cavab olaraq öz sosial şəbəkə hesablarında mübarizə aparıb.
-R.Hacılı2021-ci ilin 09 iyul tarixindənhəbsdə saxlanılır.
-R.Hacılı2024-cü ilin 28 iyun tarixində Ali Məhkəmə tərəfindən qəbul edilmiş yekun qərara əsasən7 il müddətinə azadlıqdan məhrum edilibvə istintaq dövründə həbsdə saxlanıldığı 9 ay 10 gün müddət ümumi cəzadan çıxılaraq üzərində 6 il 2 ay 20 gün saxlanılıb.
-R.Hacılı2023-cü ilin 27 iyul tarixindən etibarənƏdliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır. Ali Məhkəmə tərəfindən ona təyin edilmiş7 il müddətinə azadlıqdan məhrumetmə cəzasının ümumilikdə 5 ildən çox müddətini çəkib(1 oktyabr 2025).
QEYD:Vikipediya və digər sosial media resurslarındanRamin Hacılı haqqında daha geniş məlumat almaq mümkündür.