13 Noyabr 2023
18:25
399

4 yaşlı körpənin dəstəyə ehtiyacı var – Fotolar

4 yaşlı Süleyman Tağıyevin hər birimizin dəstəyinə ehtiyacı var.

İslahat.az xəbər verir ki, 18.03.2019-cu il təvəllüdlü Tağıyev Süleyman Qurban oğlu anadan olarkən heç bir ciddi narahatlıq müşahidə olmayıb və normal səviyyədə inkişaf edib.

Bir müddət öncə isə uşaqda iştahsızlıq, solğunluq, mütəmadi hərarətin yüksəlməsi və digər hallar ortaya çıxıb. Bundan sonra ailəsi uşağı yerli xəstəxanalardan birinə aparıb və uşaqda xəstəliyin olması məlum olub.

Daha sonra Süleyman Tağıyev Milli Hematologiya və Transfuziologiya Mərkəzində müalicəsini davam etdirib və uşağa kəskin limfoblast leykemiya diaqnozu qoyulub.

Görünən simptomların ağırlaşması nəticəsində Süleyman Tağıyevin müalicəsi hazırda Belarus Respublikasında davam etdirilir. Ölkə xaricində olması və müalicələrin qiymətinin yüksək olması səbəbindən balaca Süleymanın maddi dəstəyə ehtiyacı var.

Dəstək olmaq istəyən şəxslər aşağıdakı kart nömrəsinə ödəniş etməklə və ya qeyd olunan əlaqə nömrələri ilə əlaqə saxlamaqla öz köməklərini göstərə bilərlər:

Əlaqə nömrələri:

+375 29 928 72 26 (Belarus)

+ 994 70 790 77 77 (Azərbaycan)