14 Fevral 2023
14:04
761

"Adana Demirspor"un azərbaycanlı futbolçusu: "Bakıya qayıdıram" - AÇIQLAMA

Türkiyənin zəlzələ bölgəsində olan qadın futbolçumuz Kamilla Məmmədova artıq Bakıya qayıdır. 

Bu barədə Fanat.Az-a millimizin üzvü özü məlumat verib. 

"Adana Demirspor"un futbolçusu saytımıza açıqlamasında bildirib: "Çempionatın keçirilib-keçirilməyəcəyi ilə bağlı heç nə bəlli deyil. Ancaq böyük ehtimalla olmayacaq. Çünki yerli oyunçuların hamısı evlərinə geri döndü. Mən də artıq Bakıya qayıdıram. Məşqlərimi Bakıda davam etdirəcəyəm". 

Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 maqnitudalı, saat 13:24-də isə Elbistan rayonunda 7,6 maqnitudalı iki zəlzələ qeydə alınıb. Bundan başqa saat 4:26-da, Qaziantepin Nurdağı rayonunda 6,4, saat 4:36-da isə Qaziantepin İslahiye rayonunda 6,5 maqnitudalı təkanlar baş verib. Zəlzələ Kahramanmaraş, Hatay, Osmaniyə, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbakır, Malatya və Adana başda olmaqla ətraf ərazilərdə, o cümlədən Ankarada da hiss edilib.

Nəticədə ölənlərin sayı 31 643 nəfərə çatıb, 80 278 nəfər isə yaralanıb.