01 Mart 2023
15:04
986

Aİ-nin xüsusi nümayəndəsi Xocalıdakı görüşü ümidverici adlandırıb

"Bugünkü Xocalı görüşü ümidvericidir”.

"Report” xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar tviterdə yazıb.

"Bu gün Xocalıdan Bakı və Qarabağ ermənilərinin nümayəndələri arasında təmaslar barədə ümidverici xəbərlər gəlib. Müzakirələrin həm aktual məsələlərə, həm də daha geniş məsələlərə yönəldilməsi yaxşı haldır”, - o qeyd edib.

Xatırladaq ki, Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib. Bu gün o, Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb.