Aytac Əli peşəkarların görüşündə iştirak edib
Dr. Defektoloq-loqoped Aytac Əli "Global Networking Group"un imzası altında keçirilən tədbirdə iştirak edən mütəxəssislər sırasında yer alıb.
Tədbir çərçivəsində müxtəlif sahələrin nümayəndələri bir araya gələrək öz fəaliyyət istiqamətləri, təcrübələri və gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar. Aytac Əli də defektologiya və loqopediya sahəsindəki peşəkar fəaliyyəti ilə tədbirə öz töhfəsini verib.
"Global Networking Group"un direktoru Şamxal Həsənov bildirib ki, tədbirlərdə müxtəlif peşə sahiblərinin iştirakı həm yeni əlaqələrin qurulmasına, həm də fərqli istiqamətlər üzrə əməkdaşlıqların yaranmasına imkan yaradır.
O vurğulayıb ki, cəmiyyət üçün əhəmiyyətli sahələrdə çalışan mütəxəssislərin networking platformalarında bir araya gəlməsi peşəkar inkişaf baxımından xüsusi önəm daşıyır.
Tədbir iştirakçılar arasında yeni tanışlıqların qurulması və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi ilə yadda qalıb.