Aytən Kamranova Global Networking Group-un tədbirində iştirak edib
Aytən Kamranova Global Networking Group-un tədbirində iştirak edib.
Loqoped Aytən Kamranova Global Networking Group-un imzası altında keçirilən tədbirdə iştirak edən peşəkarlar sırasında yer alıb.
Görüşdə müxtəlif sahələrdə fəaliyyət göstərən mütəxəssislər və sahibkarlar bir araya gələrək öz fəaliyyət istiqamətlərini təqdim edib, yeni əlaqələr qurub və gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər. Aytən Kamranova loqopediya sahəsindəki peşəkar fəaliyyəti ilə tədbirdə təmsil olunub.
Global Networking Group-un direktoru Şamxal Həsənov çıxışında bildirib ki, bu cür görüşlər müxtəlif peşə sahiblərinin bir platformada tanış olması, təcrübə paylaşması və yeni əməkdaşlıqlar üçün zəmin yaratması baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbir işgüzar görüşlərlə yanaşı, səmimi ünsiyyət və faydalı fikir mübadiləsi şəraitində davam edib.