12 Oktyabr 2024
11:41
429

"Azerbaijan Jewish Media Center" şirkətinin rəhbəri Nəsimi Əbilov mükafatlandırılıb

İslahat.az saytının məlumatına görə "Azerbaijan Jewish Media Center”in rəhbəri Nəsimi Əbilov "Ganjavi Holding”də qonaq olub. Nəsimi Əbilovu "Ganjavi Holding”in prezidenti Elşən Gəncəvi qəbul edib.

Görüş zamanı tərəflər əməkdaşlıq etmək qərarına gəliblər. Elşən Gəncəvi "Azerbaijan Jewish Media Center”i və onun rəhbərini indiyədək "Ganjavi Holding”ə verdiyi media dəstəyinə görə təşəkkürnamə ilə təltif edib, Nəsimi bəyə müəllifi olduğu "Oxu-magiya” kitabını təqdim edib.

Daha sonra isə gələcək layihələrin icrasında birlikdə əməkdaşlığın prespektivlərini müzakirə ediblər.