21 Noyabr 2023
11:22
287

Azərbaycan naminə

Ulu Öndər Heydər Əliyev: "... əlimdən gələni edəcəyəm ki, Azərbaycan daim müstəqil olsun, Azərbaycan xalqı azad olsun, Azərbaycan xalqı inkişaf etsin”

 Azərbaycan müasir dünyanın bir parçasıdır. Dövlətimiz hazırkı dövrün məqbul saydığı dəyərlərə mütləq şəkildə yiyələnmişdir. Zamana uyğun olaraq Azərbaycan müasirləşmişdir. Bu gün ölkəmizin qarşısında duran prioritet vəzifələr aydındır. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar nətizəcində çox böyük nailiyyətlər əldə edilmişdir. Dövlətmiz üçün ən önəmli məsələ olan Qarabağ problemi həll edilmişdir. Ölkəmizdə uğurla sosial-iqtisadi inkişaf strategiyası həyata keçirilmişdir. Bakının və regionların inkişafı istiqamətində gemişmiqayslı işlər reallaşdırılımşdır. Bütün bunlar Azərbaycanın modern imicini formalaşdırmışdır. Çünki bu dünyanın bir hissəsinə çevrilmək üçün dünya ilə ayaqlaşmaq, beynəlxalq münasibətlər sistemində layiqli yer tutmaq önəmlidir. Qarşıda duran bir sıra problemlərin həllinə nail olmaq üçün ictimai dəstəyin əldə edilməsi vacibdir. Azərbaycan dövləti bu ictimai dəstəyi hər zaman xaqldan almışdır. Xalq ümidini mövcud iqtidara bağlamışdır. Ulu Öndər Heydər Əliyev hakimiyyəti xalq-iqtidar birliyi üzərində qurulmuşdur. Bu birliyin qurulmasında və möhkəmlənməsində Yeni Azrbaycan Partiyası xüsusi rol oynamışdır. 31 bir il əvvəl noyabrın 21-də Yeni Azrbaycan Partiyasının yaradılmas məsuliyyətli addım və doğru qərar idi. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Yeni Azərbaycan Partiyasınnda ölkəmizdə ən böyük intellektual səviyyəyə malik ziyalıları toplanmışdır. Bu insanlar həm də Ümummilli Lider Heydər Əliyev işığına bu pratiyada bir araya gələrək Azərbaycan naminə öz fəaliyyətlərini göstərirlər. Məhz buna görə də bu gün YAP-ın ölkədə ən böyük hörmətə malik siyasi partiya olaraq imci var. Ulu Öndər çox yüksək səviyyəli ziyalılarımızı Yeni Azərbaycan Partiyasının qızıl fondu hesab edirdi. Dahi rəhbər "onlar öz biliklərini, öz təcrübələrini, partiyaya olan sədaqətlərini gənclərə daha da tezliklə çatdırmalıdırlar”, - deyə hər zaman tövsiyələrini verirdi. 1999-cu ildə Yeni Azərbaycan Partiyasının I qurultayındakı çıxşında Ulu Öndər Heydər Əliyev çıxşında demişdir ki, bu partiyanı bir adam yox, o illərdə Azərbaycanın ağır vəziyyətini görən, buna dözə bilməyən və bu ağır vəziyyətdən çıxış yolunu axtaran insanlar və xüsusən ziyalıların hamısı birlikdə yaradıblar: "Siz bilirsiniz ki, mən 1970-80-ci illərdə də Azərbaycana rəhbərlik etmişəm, xalqa sədaqətlə xidmət etmişəm. O vaxt ağır problemlər yox idi. O vaxt insanlar rahat yaşayırdı. O vaxt indiki problemlər yox idi. Ancaq mən bu gün Azərbaycan xalqının etimadını qazanaraq prezident seçilməyimi və müstəqil Azərbaycana bu ağır dövrdə prezidentlik etməyimi bütün o dövrlərin hamısından şərəfli, hamısından qiymətli hesab edirəm. Ona görə ki, mənim xalqım - Azərbaycan xalqı indi azaddır. İndi müstəqil Azərbaycan var, heç kəsdən asılı olmayan, müstəqil yaşayan dövlət vardır. İndi biz xalqımızın tarixi ənənələrini, tarixi köklərini heç kəsdən qorxmayaraq, heç kəsdən çəkinməyərək qaldırırıq, göstəririk və xalqımızın böyük sərvəti kimi dünyaya nümayiş etdiririk.

Xalqımız bu müstəqillik yolunda daha da böyük nailiyyətlər əldə edəcəkdir. Çünki azad xalq həmişə öz imkanlarının hamısından səmərəli istifadə edə bilir. Xalqımız azaddır. Bütün bu çətinliklərin hamısı keçib gedəcəkdir. Azərbaycan bir müstəqil dövlət kimi möhkəmlənəcəkdir. Azərbaycanın böyük iqtisadi gələcəyi artıq göz qabağındadır. Azərbaycanda demokratiya qələbə çalacaqdır. Azərbaycan demokratik, hüquqi dövlət kimi Dünya Birliyində həmişə yaşayacaqdır. Belə bir zamanda, belə bir dövrdə Azərbaycanın gələcəyi üçün imkanlar yaratmaqdan ötrü Azərbaycanın dövlətinə başçılıq etmək, Azərbaycanın prezidenti olmaq mənim üçün ən böyük şərəfdir. Əmin ola bilərsiniz ki, mən bunu yüksək qiymətləndirirəm. Təkcə sizə yox, bütün Azərbaycan xalqına bəyan edirəm ki, mən bundan sonra da bütün enerjimi, bütün gücümü, biliyimi, zəkamı Azərbaycan xalqına sədaqətlə xidmət etmək üçün istifadə edəcəyəm və əlimdən gələni edəcəyəm ki, Azərbaycan daim müstəqil olsun, Azərbaycan xalqı azad olsun, Azərbaycan xalqı inkişaf etsin”.

Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir. Yeri gəlmişkən ötən müddət ərzində YAP-ın 7 qurultayı (1999, 2001, 2005, 2008, 2013, 2018, 2021) keçirilmişdir. Bu qurultaylarda qəbul etdiilən tarixi qərarlar Azərbaycanın gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Xüsusu olaraq qeyd edək ki, 2005-ci ilin mart ayında keçirilən YAP-ın III Qurultayında Azərbaycan Prezidenti, YAP Sədrinin birinci müavini cənab İlham Əliyev partiyanın Sədri seçililmişidir. Bu, həm də Ulu Öndər Heydər Əliyevin siyasi irsinə sadiqlik nümunəsi idi. Bundan sonra YAP həyatında yeni mərhələ başlamışdır. Prezident İlham Əliyev həmin qurultayda bildirmişdir ki, öz fəaliyyətində xalqın dəstəyinə arxalanır: "Mən bu dəstəyi hiss edirəm və bu dəstək mənə güc verir. Hər bir rəhbər üçün əsas şərt xalqın ona olan inamıdır, dəstəyidir, görülən işlərə verilən qiymətdir. Mən seçkilərdən əvvəl verdiyim bütün vədlərə sadiqəm. Həm daxili siyasətdə, həm xarici siyasətdə, həm iqtisadi siyasətimizdə, bütün sahələrdə. Azərbaycan son müddət ərzində bütün istiqamətlərdə uğurla inkişaf edibdir. Bizim xarici siyasətimiz düşünülmüş, məqsədyönlü konsepsiya çərçivəsində həyata keçirilir. Bu konsepsiyanın bir neçə istiqaməti var. Qonşularımızla səmimi münasibətlərin yaranması konsepsiyamızın bir istiqamətidir. Bu yolda nəticələr əldə edilibdir. Azərbaycan öz qonşuları ilə çox mehriban münasibətlər yaradıbdır. Bu münasibətlər əvvəldən də var idi, biz bu gün bunu inkişaf etdiririk”. 

YAP Ulu Öndər Heydər Əliyevin simasında ümumxalq partiyasına çevrilmişdir. YAP yarandığı gündən xalqın sevgisini və dəstəyini qazanmışdır. Belə demək mümkünsə YAP xalqın, ölkəmizin mənafeyi naminə hakimiyyətdə qalmışdır.

İbrahimova Gülzar İsaxan qızı,

Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru, siyasi elmlər üzrə elmlər doktoru, professor