10 İyun 2022
12:12
19030

Azərbaycan neftinin qiyməti 131 dolları keçdi

Dünya bazarında "Azeri Light” (CIF) markalı neftin qiyməti artıb.

İslahat.az xəbər verir ki, Azərbaycan neftinin bir barelə olan qiyməti 1,13 ABŞ dolları və ya 0,87% artaraq, 131,15 dollar təşkil edib.

Xatırladaq ki, "Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub,2008-ci ilin iyulunda isə maksimum qiymətə – 149,66 dollara satılıb.

İslahat.az