29 Noyabr 2022
16:52
17306

Azərbaycan və Türkmənistan arasında hökumətlərarası komissiyanın iclası keçirilib

Azərbaycanilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclası keçirilib.

İslahat.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz "Facebook” profilində paylaşım edib.

Bildirilib ki, iclasda ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

Nazir bildirib ki, səmərəli müzakirələr ticarət, enerji, nəqliyyat, kənd təsərrüfatı və s. sahələrdə tərəfdaşlığın gücləndirilməsinə töhfə verəcək.

İslahat.az