01 Aprel 2026
14:40
25

Azərbaycan Yəhudi Media Mərkəzinin rəhbəri, bütün yəhudilərin Pesah bayramını təbrik edir

Pesah bayramı bəşəriyyətin yaddaşında azadlığın, ədalətin və mənəvi yenilənmənin ən parlaq simvollarından biridir. Bu əziz günlər əsrlər boyu xalqın öz kimliyini, inancını və birliyini qoruyub saxlamasının rəmzi kimi xüsusi əhəmiyyət daşıyır. Misirdən çıxış hekayəsi yalnız bir xalqın tarixi deyil, eyni zamanda bütün insanlar üçün azadlıq, ümid və gələcəyə inam mesajıdır.


Bu müqəddəs bayram günlərində hər bir evə sevinc, ruzi-bərəkət və firavanlıq arzulayıram. Qoy ailələrinizdə birlik və həmrəylik hökm sürsün, süfrələriniz bolluqla dolsun, ürəkləriniz isə sevgi, mərhəmət və xeyirxahlıq hissi ilə işıqlansın. Pesahın gətirdiyi dəyərlər – azadlıq, səbir, inam və yenilənmə – həyatınızın hər anında sizə yol göstərsin.


Azərbaycan əsrlər boyu müxtəlif xalqların və dinlərin sülh və qarşılıqlı hörmət şəraitində birgə yaşadığı nadir məkanlardan biri olmuşdur. Yəhudi icmasının ölkəmizin ictimai, mədəni və iqtisadi həyatındakı rolu yüksək qiymətləndirilir və bu dostluq, qarşılıqlı etimad ənənələri bu gün də uğurla davam edir.


Qoy Pesah bayramı dünyada sülhün, tolerantlığın və qarşılıqlı anlayışın daha da möhkəmlənməsinə töhfə versin. Qoy hər bir insan azad, təhlükəsiz və ləyaqətli həyat sürmək imkanına sahib olsun.


Bir daha hər birinizi bu əziz bayram münasibətilə təbrik edir, sizə möhkəm cansağlığı, xoşbəxtlik və davamlı uğurlar arzulayıram!

Bayramınız mübarək olsun!


Nəsimi Əbilov

Azərbaycan Yəhudi Media Mərkəzinin direktoru