23 Dekabr 2024
22:50
271

Azərbaycanlı gənc Rusiyada hamıdan güclü oldu – Qızıl medal qazandı

Azərbaycanlı idmançı Rusiyada keçirilən yarışda qalib olub.

Oxu24.com xəbər verir ki, Kərimov İmran Samir oğlu Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən "Dünya Döyüş Sambo” Federasiyasının (WCSF) təşkil etdiyi yarışda dünya çempionu olub.Həmyerlimiz hamıədan güclü olaraq qızıl medalı qazanıb.

Qeyd edək ki,2009-cu il təvəllüdlü İmran Kərimov əslən Ağstafa rayonun,Köçəsgər kəndindəndir. Atası Samir Kərimov regionda xeyriyyəçi şəxs kimi tanınır. Onun təşəbbüsü və maddi  dəstəyi  ilə Ağstafa  rayonu,Köçəsgər kəndində idman mərkəzinin tikilişi davam edir. Qeyd olunan təklifi Ağstafa Rayon  İcra Hakimiyyətinin Başçısı Seymur Orucov  da dəstəkləyib.

Gənc idmançını qalibiyyət münasibəti ilə təbrik edirik,gələcək yarışlarında ona uğurlar arzu edirik.