Bakıda “Xocalıya ədalət” şüarı altında yarış keçirildi
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Kung-Fu Federasiyasının birgə təşkilatçılığı, Xocalı Promotionun dəstəyi ilə Bakıda "Xocalıya Ədalət şüarı" altında peşəkar kung fu sanda və boks yarışı keçirilib.
İslahat.az Ölkə.az-a istinadən xəbər verir ki, Azərbaycanın kung fu üzrə yığma komandasının rəqibi Iran idmançıları olub. Yarışı açıq elan Federasiyanın ümumi işlər üzrə vitse prezidenti, kikboksinq üzrə beş qat dünya çempionu Ehram Məcidov yarış haqqında məlumat verərək qeyd edib ki, ölkəmizdə keçirilən kung fu üzrə peşəkar beynəlxalq yarışda Azərbaycanı 8 idmançı təmsil edəcək:
"Biz bu gün yığma komandamızın ən güclülərinin döyüşünü izlədik.Iran idmançıları ilə qarşılaşan döyüşçülərimiz yüksək peşəkarlıq nümayiş etdirərək bir daha nəyə qadir olduqlarını göstərdilər.Bu cür yarışları keçirməkdə əsas məqsədimiz dövlətimizin apardığı siyasətə idman vasitəsilə dəstək verməkdir.Xocalıya Ədalət şüarı ilə haqq səsimizi dünyaya çatdırmağa çalışırıq. Qoy bütün dünya erməni vəhşiliyindən xəbərdar olsun səsimizə səs versin". Kung-Fu federasiyasının vitse prezidenti Tural Alışanlı isə çıxışında vurğulayıb ki, əsas məqsədin dünyada aparılan Xocalıya ədalət kampaniyasına dəstək verməkdir. O qeyd edib ki, Azərbaycan idmmançıları bu gün istər dünyada istərsə də ölkəmizdə keçirilən yarışlarda yüksək nailiyyətlər qazanaraq adlarını qaliblər sırasına yazdırmağa müvəffəq olurlar .Məhz ölkəmizdə aparılan uğurlu idman siyasətinə öz töhfəmizi vermək həmçinin də dünyanı Xocalıya ədalət deməyə çağıraraq bu cür yarışlar keçirməyi hədəfləmişik."
Digər çıxış edənlər də öz növbələrində idmançılarımıza uğurlar arzulayıblar. Qeyd edək ki, 56 kq çəki dərəcəsində ölkəmizi Səxavət Həsənov təmsil edərək iranlı Fardin Xazri üzərində qələbə qazanıb.60 kq çəkidə Elxan Cəfərov,70 kq çəkidə Israfil Şabanov, 75 kq çəkidə Yerkin Osmanov, 81 kq çəkidə Rauf Gərayzadə və gənclər arasında 70 kq çəki dərəcəsində idmançılarımız yüksək nəticələr qazanaraq adlarını qaliblər sırasına yazdıraraq Xocalı-1 kubokuna sahibləniblər
İslahat.az