Deputatlığa namizəd Şahin İsmayılov Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında ətraflı məlumat verdikdən sonra əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından bəhs edib. Azərbaycanın öz suverenliyini bərpa etdikdən sonra ölkədə ilk dəfə parlament seçkilərinin keçiriləcəyinə diqqət çəkən Ş.İsmayılov Beyləqanın müharibənin ağrı-acısını yaşadığını qeyd edib və tarixi Zəfərimizdə qəhrəman beyləqanlıların rolundan danışıb.
Tədbirdə, həmçinin seçki qərargahının üzvləri Fədayət Rüstəmov, Novruz Şirinov, kənd ağsaqqalı Ələmşah İmanov və başqaları çıxış ediblər.
Çıxış edənlər İmamverdili kənd sakinlərinin hər zaman dövlətə və dövlətçiliyə sadiq olduqlarını qeyd edərək Azərbaycanın bugünkü uğurlarına müvəffəq olan Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləyəcəklərini deyiblər.
yap.org.az