aia.az saytı ənənəvi olaraq seçkilər ərəfəsində əhalinin seçkiyə, namizədlərə münasibətini öyrənmək məqsədi ilə mütəmadi rəy sorğuları keçirir. Məlum olduğu kimi bu il sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcəkdir. Ənənəmizə uyğun olaraq əməkdaşlarımızdan ibarət araşdırma qrupu bu dəfə də Beyləqanda olmuş, 83 saylı Beyləqan seçki dairəsinə daxil olan ərazidə seçicilər arasında rəy sorğusu keçirmişlər.
Məqsəd VII çağırış Milli Məclisə keçiriləcək seçkilər ərəfəsində yerlərdə formalaşan ictimai rəyin qiymətləndirilməsi, seçici fəallığı və Milli Məclis üzvlüyünə namizədlərə əhalinin münasibətinin müəyyənləşdirilməsi olmuşdur. Sorğunun obyektiv keçirilməsi üçün fərqli məkanlar və fərqli əhali kateqoriyaları seçilmişdir.
Qeyd edək ki, sorğuda iştirak edən sakinlərin 62,1%-ni kişilər, 37,9%-ni isə qadınlar təşkil edib. Respondentlərin 21,5%-i 18-29 yaş, 23,7%-i 30-39, 24,2%-i 40-49, 22,1%-i 50-59 yaş, 8,5%-i isə 60 və ondan yuxarı yaş kateqoriyalarına aid olub. Rəyi soruşulanların yarısından çoxu, yəni 41,9%-i orta təhsilli, 29,6%-i orta ixtisas təhsilli, 2,1%-i natamam ali təhsilli və 26,4%-i ali təhsilli vətəndaşlardır.
İlk növbədə respondentlərimizə ünvanladığımız "83 saylı Beyləqan seçki dairəsindən deputatlığa namizədlərdən kimi tanıyırsnız?” sualına respondentlərin demək olar ki, hamısı Şahin İsmayılov yaxşı tanıdıqlarını bildirmişlər. Seçicilər qeyd etmişlər ki, rayon sakinlərinə daim diqqət və qayğı ilə yanaşması ilə sakinlərin böyük hörmət və rəğbətini qazanmışdır.
"Namizdələrdən kimin deputat seçilməsini istərdiniz və kimə səs verəcəksiniz?” sualına rəyi soruşulanların 65,2%-i Şahin İsmayılovun, 21,6%-i digər namizədlərin adını çəkmiş, 12,3% seçici səs verəcəyi namizədi müəyyənləşdirmədiyini bildirmiş, 0,9%-i isə "heç kimə” cavabını vermişdir.
Göründüyü kimi sorğunun nəticələri 83 saylı Beyləqan seçki dairəsində deputatlığa namizəd Şahin İsmayılovun ictimai rəydə kifayət qədər böyük üstünlük təşkil etdiyini göstərir.