26 Mart 2026
12:45
23

Beyrək Məmmədli “İlin ən peşəkar avtomobil eksportçusu” mükafatına layiq görülüb

"Autosales" şirkətinin rəhbəri olan Beyrək Məmmədli beynəlxalq səviyyədə əldə etdiyi uğurlara görə "İlin ən peşəkar avtomobil eksportçusu” mükafatına layiq görülüb.

Mükafat "Caspian Events Group" tərəfindən Bakı şəhərində təşkil olunan "Global Red Carpet" layihəsi çərçivəsində təqdim olunub. Tədbirdə müxtəlif ölkələrdən iş adamları və şirkət nümayəndələri iştirak edərək beynəlxalq əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Beyrək Məmmədli "Autosales" şirkətinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində göstərdiyi fəaliyyətə görə mükafatlandırılıb.