13 Sentyabr 2023
15:23
438

Birinci qarabağ müharibəsi qazisi dünyasını dəyişib - Fotolar

Birinci Qarabağ müharibəsi qazisi Savalan Məhərrəmmov dünən gecə ürəktutmasından dünyasını dəyişib.

İslahat.az xəbər verir ki, əslən Saatlı rayonundan olan Məhərrəmov Savalan Xanoğlan oğlu 1992-1993-cü illərdə baş verən 1-ci Qarabağ müharibəsinin fəal iştirakçısı olub. Müharibənin gedişində ağız və çiyin nahiyələrindən (ürəyə yaxın hissə) yaralanmışdı.

Yaxınlarının verdiyi məlumata görə, Savalan Məhərrəmovun qəflətən halı pisləşib və ürəktutmasından dünyasını dəyişib. Qazimiz bugün Saatlı rayonu,  Bəylər kənd qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, Savalan Məhərrəmov ailəli olub, 5 övladı var idi.

Allah rəhmət eləsin!