12 Mart 2023
16:13
21342

“Brand Of Azerbaijan - 2023” öz sahiblərinə təqdim olunacaq

"Brand Of Azerbaijan -2023” öz sahiblərinə təqdim olunacaq.

İslahat.az xəbər verir ki, "Vision Media Group"un təşkilatçılığı, Kərim Şükürov və Aqil İlqaroğlunun imzası ilə "Brand Of Azerbaijan” Mükafatı öz sahiblərinə təqdim olunacaq.

Təşkilat komitəsindən verilən məlumata görə tədbir olduqca maraqlı və rəngarəng keçiriləcək.

Gecədə aparıcılıq missiyası Nicat Həsənli və Gülər Nemətə həvalə olunacaq.Tədbir Dövlət Himnin səslənməsi, daha sonra Vision Media Group`un direktoru Kərim Şükürovun tədbirin mahiyyəti və aparılan sorğular haqqında tədbir iştirakçılarına ətraflı məlumat verəcək.

Artıq ölkəmizdə 6-cı dəfədir keçirilən "Brand Of Azerbaijan” mükafatlandırma tədbirinin layihə rəhbəri Aqil İlqaroğludur.

Tədbir musiqili qonaqların iştirakı və nominantlara mükafatlarının təqdim olunmağı ilə başlayacaqdır.

Təqdimetmə mərasimində öz fəaliyyət sahəsi ilə həmkarlarından və öz peşə sahələrindən digərlərindən fərqlənən siyasətçilərə, millət vəkillərinə, icra hakimiyyətlərinə, nazirliklərə və digər dövlət qrumlarına, KİV nümayəndələrinə, holdinq və şirkətlərə, iş adamlarına, təhsil və səhiyyə sahəsində çalışanlara, mədəniyyət və incəsənət nümayəndələrinə və s. "Brand Of Azerbaijan-2023” təqdim olunacaq.

https://www.youtube.com/watch?v=a4yGembktJA

İslahat.az