Bu
gün Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada Mədəniyyət Nazirliyi, Heydər
Əliyev Fondu və Şuşa Şəhəri Dövlət Qoruğunun təşkilatçılığı ilə V Xarıbülbül
Beynəlxalq Folklor Festivalına start veriləcək.
İslahat.az xəbər verir ki, festival 14 may tarixinədək davam edəcək.
Qeyd edək ki, 1989-1991-ci illərin may ayında Şuşa
şəhərində və digər Qarabağ bölgələrində keçirilən beynəlxalq musiqi festivalı
30 illik fasilədən sonra 2021-ci ilin 12–13 may tarixlərində Şuşada Heydər
Əliyev Fondunun təşkilatçılığı ilə yenidən təşkil edilib.
İslahat.az