22 İyul 2026
10:30
6

Bu səfər Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsində mühüm addımdır

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılovun şərhi "Euronews”un Prezident İlham Əliyevin Almaniyaya səfəri ilə bağlı dərc etdiyi yazıda yer alıb.

"Azərbaycan Milli Məclisinin üzvü və Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov bildirib ki, Berlində əldə edilən razılaşmalar enerji, ticarət, nəqliyyat və investisiya sahələrində əməkdaşlığı gücləndirə bilər.

Euronews-a danışan Şahin İsmayılov deyib: "Prezident İlham Əliyevin Almaniyaya səfəri Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsində mühüm addımdır. Azərbaycan Avropa üçün, xüsusən də sabit enerji təchizatının təmin edilməsi və Orta Dəhliz təşəbbüsünün irəliləməsi baxımından etibarlı tərəfdaş olaraq qalmaqdadır””.