"Sosial Məsələlərin Həllinə Dəstək” İctimai Birliyinin təşəbbüsü ilə 2025-ci ildən etibarən məktəblərdə icra olunan "Cəmiyyət və Sosial İnteqrasiya” layihəsi çərçivəsində LOQOS Qadın Uzunömürlülük Rezidensiyasında görüş təşkil olunub.
5 Oktyabr – Müəllimlər Günü münasibətilə layihə çərçivəsində təlimlərin keçirildiyi məktəblərin direktorları rezidensiyada qonaq ediliblər.
Görüş zamanı iştirakçılar rezidensiyanın fəaliyyəti ilə yaxından tanış olub, çay süfrəsi ətrafında təşkil olunan ictimai müzakirədə layihə ilə bağlı fikir və təkliflərini səsləndiriblər.
Qeyd edək ki, layihə çərçivəsində 20-yə yaxın məktəbdə təlimlər həyata keçirilir.