Ceyran İslamova Global Networking Group-un tədbirində iştirak edib
Peşəkar kosmetoloq Ceyran İslamova "Global Networking Group”un imzası altında keçirilən tədbirdə iştirak edib.
Fərqli sahələr üzrə çalışan mütəxəssisləri və işgüzar şəxsləri bir araya gətirən tədbirdə peşəkar əlaqələrin qurulması, təcrübə mübadiləsi və yeni əməkdaşlıq imkanları diqqət mərkəzində olub. Ceyran İslamova da kosmetologiya sahəsindəki fəaliyyəti ilə tədbirin iştirakçıları arasında yer alıb.
"Global Networking Group”un direktoru Şamxal Həsənov bildirib ki, müxtəlif istiqamətlərdə fəaliyyət göstərən peşəkarların belə görüşlərdə iştirakı yeni əlaqələrin yaranmasına və qarşılıqlı əməkdaşlıq imkanlarının genişlənməsinə şərait yaradır.
Görüş səmimi və işgüzar atmosferdə keçib, iştirakçılar arasında faydalı fikir mübadiləsi aparılıb.