28 Dekabr 2022
11:21
18641

Coca-Cola Azərbaycanın “HORECA Pet Collection”layihəsi illik hesabatını təqdim edib

Coca-ColaAzərbaycanşirkəti, "ASAN Könüllüləri” Təşkilatı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə əməkdaşlığı ilə keçirilənHORECA Pet Collectionekoloji layihəsibir illik fəaliyyyətinə dair yekun hesabatını təqdim edib. Coca-Cola şirkətinin "Tullantısız Dünya” proqramının tərkibində icra olunan layihəHORECA(hotel, restoran, kafe)üzrə fəaliyyət göstərənmüəssisələrdən plastik tullantıları toplamağı nəzərdə tutur.

İslahat.az "Yeni Gundem”-ə istinadən xəbər verir ki, layihənin icra olunmasındaməqsəd istifadə olunmuş plastikləri təkrar emala yönləndirmək və bu xammalın ətraf mühitə təsirini azaltmaqdır.Layihəyə Bakı şəhəriilə yanaşı,Abşeron, Sumqayıt, Mingəçevir və Qəbələdəyerləşən müəssisələr də cəlb olunub.

Bir il ərzindəBakı, Abşeron və Sumqayıt ərazisində fəaliyyət göstərən200müəssisə, Mingəçevir və Qəbələdən isə doqquz müəssisə layihəyə qoşulub.Ümumilikdə45tona yaxınplastik toplanaraq təkraremal müəssisələrinə yönləndirilib.

İlkin dövrlərdə restoranlarla icra olunan layihəyə, Bakının ən iri ticarət mərkəzləri olan Gənclik Mall, Dəniz Mall,Metro Park,təhsil müəssisələrindənBakı Dövlət Universiteti, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti,Odlar Yurdu Universiteti, Xəzər Universiteti,Dövlət Sərhəd Xidmətinin İdman Kompleksi,ASAN Xidmət Mərkəzləri,Park Cinema,CinemaPlus kinoteatrları,avtoservislər,"Shaurma N°1”,‘’Cafe City”və digərrestoranlar daqoşulub.Müəssisələrəplastik tullantılar üçünqutularyerləşdirilib, həmçinin insanların maarifləndirilməsi üçün müxtəlif məlumatlandırıcı vasitələr paylanılıb.

Coca-Cola Azərbaycanın baş direktoru Rəna Məmmədova bildirib ki, Coca-Colanın"Tullantısız Dünya” proqramıplastik tullantılarıntəbiətətəsirinin azaldılmasına böyük töhfə verir:"Coca-ColaAzərbaycanolaraq Horeca Pet Collection layihəsinə start verəndə hədəfimiz bir il ərzində 20 ton plastik tullantını təkrar emala yönləndirmək idi. Sevindirici haldır ki, müəssisələr və vətəndaşlar layihəyə böyük maraq göstərdilər və bir ilin yekununda toplanan plastiklərin ümumi həcmi 40 tonu ötdü. Növbəti il üçün hədəfimiz hazırki nəticənin iki qatına nail olmaqdır”.

Qeyd edək ki, "Tullantısız Dünya” proqramı çərçivəsində Coca-Cola 2030-cu ilə qədər bazara çıxardığı bütün qablaşdırmaları toplayıb təkrar emal etməyi hədəfləyir.

Xatırladaq ki, Coca-ColaAzərbaycanşirkəti bundan əvvəl də "ASAN Könüllüləri” Təşkilatı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər tərəfdaşlarla birlikdə ekoloji isitaqmətdə "Təmiz Ölkəm”, " Təmiz Sumqayıt”, "Xəzəri Qoruyaq”, "Recyclaton”kimi bir sıra layihələr icra edib. Ümümilikdə həmin layihələrdə 50 tondan çox tullantı təkrar emala qaytarılıbvə tullantıların təbiətə təsirini azaltmaq məqsədilə ideyalar dəstəklənib.

İslahat.az