Oktyabrın 12-də təsdiq olunmuş qəbul qrafikinə uyğun olaraq, Milli Məclisin deputatı Mircəlil Qasımlı vətəndaş qəbulu keçirib. Qəbul zamanı Şəhid ailələri, qazilər də daxil olmaqla, ümumilikdə 50 nəfərdən çox vətəndaş iştirak edib.
Qəbulda sakinləri narahat edən mənzil, kommunal, sosial, humanitar və s. məsələlərə bağlı qaldırılan müraciətlərin bir qismi yerindəcə həll olunub, habelə digər müraciətlər nəzarətə götürülməklə həlli ilə əlaqədar müvafiq tapşırıqlar verilib.
Vətəndaş qəbuluna yüksək həssaslıqla yanaşılması barədə dövlət başçısının verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq, təşkil olunmuş qəbulda iştirak edən vətəndaşlar onlara yaradılan şəraitə görə Prezident cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.