Prezident İlham Əliyevin vətəndaşlarla mütəmadi təmasda olmaq tapşırığına uyğun olaraq Bərdə rayonunun Birinci Qazaxlar kəndindəsakinlərlə növbəti görüş keçirilib.
İslahat.az "Yeni Gundem”-ə istinadən xəbər verir ki, Milli Məclisin deputatı Fatma Yıldırımrayon sakinləri üçün növbətisəyyar qəbul keçirib.
Qəbul zamanı seçicilərin çoxsaylı müraciətləri dinlənildi. Müraciətlər əsasən suvarma suyu təminatının yaxşılaşdırılması, kabelləşmə, yol infrastrukturunun yaxşılaşdırılması, rabitə, yeni məktəb binasının tikintisi, sosial müdafiə məsələlərini əhatə edib.
Sakinlərin problemləri diqqətlə dinlənildi və qeydə alındı. Vətəndaşlarla görüşün səmərəliliyinin artırılması məqsədilə yerli icra hakimiyyəti orqanlarının məsul şəxsləri qəbulda iştirak etmişdir. Bəzi məsələlərin yerində həll edilməsinə nail olundu.
İslahat.az