Ulu Öndər Heydər Əliyev ana dilimizn qorunması ilə bağlı öz cəsarətli mövqeyini hələ SSRİ dövründə ortaya qoyub
Azərbaycan dili saf, təmiz dildir. Bu baxımdan dilimizn qorunmasında milli məsuliyyət məsələsi var. Kimsə dilimiz korlaya bilməz, bunu etmək istəyən hər bir şəxs qınanmalı, məsuliyyətə cəlb edilməlidir. Buna görə də dil məsələsi ilə bağlı atılan addımlara məsuliyyətlə yanaşılmalıdır. Bununla bağlı müstəqil dövlətimizin qurucusu Ulu Öndər Heydrə Əliyev hər zaman öz göstərişlərini verib, çıxışlarında dilmizin qorunmasını xüsusi vurğulayıb. Bu baxımdan Ulu Öndər Heydər Əliyev öz cəsarətli mövqeyini hələ SSRİ dövründə ortaya qoyub. Belə ki, 70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. 30-ci illərdə dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdir.
Dilmizlə bağlı aparılan müzakirələr effektiv nəticə verir. Bu gün biz dilimiz haqqında iftxar hissi ilə danışırıq. Amma bu sahədə problemlərin həllinə də dilçi alimlər ciddi yanşmalıdır. Xüsusən efirlərə ixtisasca jurnalist olanlar, dilə, sözə həssas yanaşanlar çıxarılmaldır. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur.
Bu gün vətəndaş cəmiyyəti də öz fəaliyyətində milli-mənəvi dəyərlərimizə, eləcə də dilimizə sonsuz sevgi və xüsusi diqqət nümayiş etdirir. Dövlət başçısı İlham Əliyevin "Müasir qloballaşma şəraitində Azərbaycan dilinin qorunması və dilçiliyin inkişafı” barədə imzaladığı sərəncamını əldə əsas tutaraq müxtəlif sahələrdə monitorinqlər təşkil edilib. Dilin layiq olduğu mövqe - dövlət dili statusudur. Buna heç kim etinasız yanaşa bilməz. Çünki belə halın baş verməsi cəmiyyətdə, xüsusilə yetişməkdə olan gənc nəsildə Azərbaycan dilinin dövlət dili statusuna dair yanlış düşüncələrin formalaşmasına səbəb olur. Bu dildə danışmanın dil daşıyıcılarında yanlış olaraq bir utanc hissi yaratmasına yol açır. Buna görə də Ulu Öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır. İlk növbədə müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Sözügedən Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır.
Dil məsələsinə böyük diqqət sərgiləyən Ümummilli Lider Heydər Əliyevin dediyi kimi, dövlət dilimiz, ana dilimiz - Azərbaycan dili ölkəmizdə hakim dildir: "Nəinki azərbaycanlılar, respublikamıza xaricdən gələn qonaqlarımız, dostlarımız, həmkarlarımız da bu dilə hörmət edirlər, bu dili öyrənmək, bu dildə danışmaq istəyirlər. Bu, çox sevindirici haldır. Bu, eyni zamanda müstəqil respublikamızın əsas atributlarından biri olan Azərbaycan dilinin inkişaf etməsini göstərir.”
Azərbaycan dili bizim milli-mənəvi sərvətimizdir. Onun qorunması və təbliğ olunması harada yaşamasından asılı olmayaraq hər bir soydaşımızın milli borcudur.
Rüstəmova Aybəniz Vilayət qızı,
Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent