25 Sentyabr 2026
16:22
8

DİP 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb

Demokratik İslahatlar Partiyası (DİP) 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb.

Partiyanın bəyanatında Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin dərin ehtiram və minnətdarlıqla yad edildiyi bildirilib.

Qeyd olunub ki, şəhidlərin qəhrəmanlığı və fədakarlığı Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq.

"Onların müqəddəs xatirəsi qarşısında baş əyir, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, – deyə bəyanatda vurğulanıb.

Partiya şəhidlərə Allahdan rəhmət diləyib.