Demokratik İslahatlar Partiyası üzvləri Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə "Ana harayı" abidəsini ziyarət ediblər.
DİP üzvləri abidə önünə tər gül dəstələri qoyublar, faciə qurbanlarının xatirəsi ehtiramla yad ediblər.
Azərbaycan xalqı Xocalı soyqırımını heç vaxt unutmur və unutmayacaq.
Bu qanlı faciə beynəlxalq hüquq normalarına zidd olaraq bəşəriyyətə və insanlığa qarşı cinayət kimi qiymətləndirilir.
