18 Mart 2024
14:17
313

“Düzgün peşə - uğurlu karyera” layihəsi üzrə təlimlərin icrası davam edir

Kəlbəcər rayon 55 nömrəli tam orta məktəbi tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi çərçivəsində dəstəklədiyi "Düzgün peşə – uğurlu karyera” layihəsi üzrə təlimlərin icrası davam edir.

Layihə çərçivəsində fəaliyyətlərə daxil olan layihənin dördüncü təlimi 18 mart 2024-cü il tarixində Kəlbəcər rayon 55 nömrəli tam orta məktəbdə baş tutmuşdur. Təlimçi Ümid İsgəndərov məktəblilərə onların ailələrinin, yaxınlarının düzgün peşə seçimində nümunə ola biləcəyi, bunun seçimlərə təsiri, tədri edilən dərslərə yanaşmanın imtahanlarda əldə edilən nəticələrlə birlikdə ixtisas seçiminə təsiri, indi və gələcəkdə aktual olan peşələr barəsində təlim keçmişdir. Psixoloq İlahə Şahverdiyeva isə məktəblilərin inkişaf prosesinə uyğun olaraq zaman keçdikcə onların qərarlarındakı dəyişikliklər, tədris zamanı hər bir məktəblinin gündəlik iş planı qurmalı olduğu, düzgün seçimlərin edilməsində vaxtın idarəedilməsinin əhəmiyyəti, yaxınlarla səmimi ünsiyyətin qərarlara təsiri barədə çıxış etmişdir.

Layihənin bu ilin may ayında yekunlaşdırılması planlaşdırılır.