15 Avqust 2023
09:50
298

“Dövlət-özəl sektor-QHT əməkdaşlığı: problemlər və həlli yolları” layihəsinin icrasına start verildi

Gənc Mühasiblər İctimai Birliyinin "Dövlət-özəl sektor-QHT əməkdaşlığı: problemlər və həlli yolları” layihəsinin icrasına başlanıldı.

İslahat.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

Belə ki, Layihənin əsas məqsədi Dövlət, özəl sektor və QHT əməkdaşlığının sahəsində mövcud problemlərin araşdırılması, müzakirəsi və bu istiqamətdə şəffaflığın artrılması, ictimai nəzarətin gücləndirilməsi və qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində fəaliyyətlərin həyata keçirilməsindən ibarətdir. Bu məqsədlə Bakı şəhərində mövcud "Dövlət - Özəl sektor - QHT əməkdaşlığı” platforması tərəfindən iki fərqli istiqamətdə iki Dəyirmi Masa keçirilməsi nəzərdə tutulur. Layihə nəticəsində hər 3 sektorun müxtəlif istiqamətli problemləri ortaya qoyulacaq, bu problemlərin həlli üçün təkliflər irəli sürüləcək,  sektorlararası normativ-hüquqi baza təkmilləşdirələcəkdir. KİV vasitəsilə layihə barədə ictimaiyyətə məlumat çatdırılacaq.

Layihə 01 avqust 2023-cü il tarixindən 31 oktyabr 2023-cü il tarixinə qədər müddəti əhatə edir.