07 İyul 2022
11:42
19242

DVX büdcəyə proqnozdan 2,065 milyard manat çox pul köçürüb - Nazir

Dövlət Vergi Xidməti (DVX) 2022-ci il yanvar-iyun ayları üçün nəzərdə tutulan büdcə öhdəliyini 146,7% (46,7 faiz çox) çox yerinə yetirib.

İslahat.az xəbər verir ki, bu haqda məlumatı İqtisadiyyat naziri Mikayıl Cabbarov açıqlayıb.

M.Cabbarov qeyd edib ki, DVX-nin xətti ilə dövlət büdcəsinə 6 milyard 482 milyon manat köçürülüb: "Bu da nəzərdə tutulan proqnozdan 2 milyard 64,6 milyon manat artıqdır. Bu müddətdə büdcəyə köçürülmüş vəsaitlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 49,3% çoxdur”.

İslahat.az