27 Noyabr 2026
14:41
30

Elif Kaplan Bakıda təltif olunub

Qaziantepdə yaşayan gözəllik mütəxəssisi, təlimçi və yazıçı Elif Kaplan Bakıda keçirilən mükafatlandırma mərasimində təltif olunub.

Peşəkar fəaliyyəti və yazıçılıq uğurları ilə seçilən Elif Kaplan qadınlara ilham verən həyat hekayəsi ilə diqqət çəkir. Həyatın qarşısına çıxardığı çətinliklərə baxmayaraq, mübarizəsindən vaz keçməyən Kaplan öz gücü və əzmi ilə yenidən ayağa qalxaraq uğur yolunda irəliləməyə davam edir.

Yazıçılıq fəaliyyətinə "Her Kalbe Dokunuş” kitabı ilə başlayan müəllif ikinci kitabı "Kalplerde İz Bırakanlar” ilə də oxucularının rəğbətini qazanıb.

Elif Kaplan öz uğur hekayəsini bölüşməkdə əsas məqsədinin sadəcə nailiyyətlərini nümayiş etdirmək deyil, digər qadınlara da motivasiya vermək olduğunu bildirir. Onun insanlara çatdırmaq istədiyi əsas mesaj isə belədir: "Mən bacardımsa, siz də bacara bilərsiniz!”

"Bacarmaram” deyən insanlara ümid olmaq istəyən Kaplan hesab edir ki, arzuların gerçəkləşməsi üçün heç vaxt gec deyil və yaş, zaman insanın hədəflərinə çatmasına mane olmamalıdır.

Bakıda keçirilən Türk Dünyası Zirvə Ödülləri mükafatlandırma gecəsində Elif Kaplanın adına xüsusi mükafat təqdim olunub. Tədbirdə iştirak edə bilməsə də, adının səhnədə elan edilməsi və mükafatla təltif olunması onun üçün böyük sevinc və qürur mənbəyi olub.

Peşəsi ilə gözəlliyə, qələmi ilə isə insanların qəlbinə toxunmağa davam edən Elif Kaplanın həyat fəlsəfəsi bu sözlərdə ifadə olunur:

"Gözəllik gözlərə, gözəl sözlər qəlblərə toxunur. Qəlblərdə buraxılan gözəl izlər isə bir ömür boyu xatirələrdə yaşayır.”


https://siyasi.az/wp-content/uploads/2026/11/WhatsApp-Image-2026-11-27-at-13.41.05-240x300.jpeg 240w, https://siyasi.az/wp-content/uploads/2026/11/WhatsApp-Image-2026-11-27-at-13.41.05-767x959.jpeg 767w, https://siyasi.az/wp-content/uploads/2026/11/WhatsApp-Image-2026-11-27-at-13.41.05-1024x1279.jpeg 1024w, https://siyasi.az/wp-content/uploads/2026/11/WhatsApp-Image-2026-11-27-at-13.41.05.jpeg 1122w" sizes="(max-width: 819px) 100vw, 819px" style="box-sizing: border-box; height: auto; max-width: 100%; vertical-align: bottom; margin: 0px 0px 1.5em; color: rgb(113, 128, 150); font-family: " />