Elif Modern Academy-nin əməkdaşı Şahnaz Mehdiyeva Fəxri Fərmanla Təltif Olunub
Elif Modern Academy-nin əməkdaşı, tərbiyəçi müəllim, uşaq psixoloqu və təlimçi Şahnaz Mehdiyeva təhsil və uşaq inkişafı sahəsində göstərdiyi yüksək peşəkarlıq, məsuliyyətli fəaliyyəti və uşaqların hərtərəfli inkişafına verdiyi dəyərli töhfələrə görə Fəxri Fərmanla təltif olunub.
Şamxal Həsənov tərəfindən təqdim olunan Fəxri Fərman Şahnaz Mehdiyevanın peşə fəaliyyətində qazandığı nailiyyətlərin, təhsil sahəsinə verdiyi töhfələrin və uşaqların inkişafına göstərdiyi həssas yanaşmanın yüksək qiymətləndirilməsinin ifadəsidir.
Şahnaz Mehdiyeva peşəkar fəaliyyəti ilə həm təhsil mühitində, həm də valideynlər arasında etimad qazanmış mütəxəssislərdəndir. Onu bu təltif münasibətilə təbrik edir, gələcək fəaliyyətində yeni uğurlar və nailiyyətlər arzulayırıq.