İslahat.az xəbər
verir ki, Azərbaycanda "Türkiye Gençlik Ödülleri” mükafatlandırma mərasimi keçirilib. Mükafatlandırma
mərasimində öz sahəsində uğur qazanmış şəxslər iştirak edib.
Elşən
Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu "Türkiye Gençlik Ödülleri” Mükafatına
"İş Adamı” olaraq layiq görülüb.
Elşən
Gəncəvi AMV Şirkətlər Qrupunun (AMV Group) direktorudur.
AMV
Şirkətlər Qrupunun tərkibində maliyyə və mühasibatlıq xidmətləri üzrə "AMV
Consulting”, analitik və stratejik maliyyə xidmətləri üzrə "AMV Finance",
alternativ təhsil və təlim xidmətləri üzrə "AMV Education”, kuryer və poçt
xidmətləri üzrə "AMV Express”, hüquqi və inzibati xidmətlər üzrə "AMV
Law", texnologiya və internet xidmətləri üzrə "AMV SoftLab”, səyahət
və səfərin təşkili üzrə "AMV Travel”, iqtisadiyyat və biznes
informasiyalarının işıqlandırılması üzrə "AMVPRESS.AZ” informasiya portalı
fəaliyyət göstərir.
Qeyd
edək ki, Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu 1 noyabr 2015-ci il
tarixində keçirilən 5-ci çağırış Milli Məclisə seçkilərdə 120 saylı
Cəbrayıl-Qubadlı seçki dairəsində namizəd olub.
Müxtəlif
ictimai və sosial məqalələrin müəllifidir. Elşən Gəncəvinin ictimai və sosial
mövzularda məqalələri "Oxu-magiya” kitabında toplanıb.
Elşən
Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu "AMVPRESS.AZ” informasiya portalının
baş redaktoru və "İslahat.az” xəbər portalının yazarıdır.
İslahat.az