Vətən müharibəsi dövründə Ermənistanın Azərbaycanın Mingəçevir Su Elektrik Stansiyasını vurmaq üçün atdığı raketləri məhv edən silahların adları açıqlanıb.
İslahat.az xəbər verir ki, bu barədə İTV-nin efirində yayımlanmış "Görünməyən qəhrəmanlar - Hərbi Hava Qüvvələri” adlı sənədli filmdə bildirilib.
Hərbi Hava Qüvvələrində xidmət edən zabitlərdən biri deyib ki, Mingəçevirə atılan ballistik raketlərdən biri "BUK” zenit raket kompleksi vasitəsilə məhv olunub.
Hərbi Hava Qüvvələri həmin hədəfləri cəmi 50 saniyəyə aşkar edib.