01 Sentyabr 2026
17:57
16

Əsmər Hüseynova Global Networking Group-un tədbirində iştirak edib

 

 

 

 

Əsmər Hüseynova Global Networking Group-un tədbirində iştirak edib.

Mənəvi və şəxsi inkişaf üzrə kouç Əsmər Hüseynova Global Networking Group-un imzası altında keçirilən tədbirdə iştirak edib.

Görüş müxtəlif sahələrdə fəaliyyət göstərən peşəkarların bir araya gəlməsi, fikir və təcrübə mübadiləsi aparması, eləcə də yeni işgüzar əlaqələr qurması baxımından əhəmiyyətli olub. Şəxsi inkişaf istiqamətində fəaliyyət göstərən Əsmər Hüseynova da tədbirin iştirakçıları arasında yer alıb.

Global Networking Group-un direktoru Şamxal Həsənov qeyd edib ki, insanın şəxsi və peşəkar inkişafına töhfə verən mütəxəssislərin networking tədbirlərində iştirakı yeni baxışların və əməkdaşlıq imkanlarının yaranmasına şərait yaradır.

Tədbir səmimi ünsiyyət və qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib.