Akademisyen, tanınmış musiqişünas və mədəniyyət xadimi Ahmet Çalışır bəyə azərbaycanlı yazıçı, Prezident təqaüdçüsü Etibar Həsənzadənin "Zəfərlərə Doğru” adlı kitabı hədiyyə edilib.
Məlumata görə, kitab yazıçının Türkiyədəki "Könül Elçisi” Mustafa Nazilli tərəfindən Ahmet Çalışır bəyə təqdim olunub. Bu barədə Etibar Həsənzadə özünün rəsmi sosial şəbəkə hesablarında paylaşım edib.
Yazıçı paylaşımında qeyd edib ki, "Zəfərlərə Doğru” kitabının Türkiyədə nüfuzlu akademik və mədəniyyət xadimi Ahmet Çalışır bəyə hədiyyə olunması onun üçün xüsusi əhəmiyyət daşıyır. O, kitabın təqdim olunmasında vasitəçi olan Mustafa Nazilliyə və Ahmet Çalışır bəyə təşəkkürünü bildirib.
Qeyd edək ki, Ahmet Çalışır Türkiyədə tanınmış akademisyen, Klassik Türk Musiqisi və Təsəvvüf Musiqisi üzrə bəstəkar, səs sənətçisi, hafiz və yazardır. O, eyni zamanda Təsəvvüf Musiqisi topluluğunun rəhbəri olub, Türkiyə daxil olmaqla 50-dən çox ölkədə konsert proqramları ilə çıxış edib, çoxsaylı beynəlxalq simpozium və seminarlarda iştirak edib. Ahmet Çalışır müxtəlif illərdə mədəniyyət və sənət sahəsində mükafatlara layiq görülüb, Necmettin Erbakan Universitetinin Təsəvvüf Musiqisi sahəsi üzrə fəxri doktorudur.
Etibar Həsənzadə paylaşımının sonunda Ahmet Çalışır bəyə və onu layiqincə təmsil edən Mustafa Nazilliyə minnətdarlığını ifadə edərək, onlara uzun ömür və uğurlar arzulayıb.
