19 Fevral 2026
14:40
202

Etibar Həsənzadədən Hikmet Elitaşa dəyərli hədiyyə

 

Prezident təqaüdçüsü yazar Etibar Həsənzadə Türkiyədə fəaliyyət göstərən şair-yazar Hikmet Elitaşa kitablarını hədiyyə edib.

Məlumata görə, müəllif "Zəfərlərə Doğru” və digər nəşrlərini İLESAM Karaman il təmsilçisi, MESAM üzvü və "Yeni Vezin” Ədəbiyyat, Kültür və Sənət Dərgisinin sahibi olan Hikmet Elitaşa təqdim edib. Bu barədə Etibar Həsənzadə öz rəsmi sosial media hesablarında paylaşım edib.

Yazar paylaşımında bildirib:

"Kitablarım haqqında dəyərli fikirlər söylədiyi, gözəl videoçarx və fotolar üçün yazarımız, dostum Hikmet Elitaş bəyə təşəkkürümü bildirirəm. Allah ömür versin. Allah sizlərdən razı olsun, var olun”.

Qeyd edək ki, "Zəfərlərə Doğru” kitabı Tovuz hadisələrindən başlayaraq Şuşa zəfəri də daxil olmaqla müəllifin qələmə aldığı əsərləri, Azərbaycanın Milli Qəhrəmanları, Vətən Müharibəsi Qəhrəmanları, eləcə də Azərbaycan–Türkiyə–Pakistan dostluğu və qardaşlığı ilə bağlı geniş məlumatları əhatə edir.

"Vətən Uğrunda” kitabı Daşkəsən rayonunun şəhid və qazilərinin döyüş yollarından bəhs edir. "Mən Şəhid Olacam Ana” əsəri Aprel döyüşləri şəhidi Emin Bağırovun timsalında həmin döyüşlərin tarixi analizini təqdim edir. "Duyğular Dinsin” kitabı isə müxtəlif mövzularda yazılmış hekayə və şeirlərdən ibarətdir.