26 May 2025
18:06
421

“EUROPEAN CUP” və “lNBA EURASIAN CHAMPIONSHIP” beynəlxalq turniri keçirilib

24 may 2025-ci il tarixdə Milli Olimpiya Komitəsinin dəstəyi, INBA Qlobal Avrasiya, lNBA Qlobal Azərbaycan və WBPF Azərbaycan birliyinin birgə təşkilatçılığı ilə uşaq fitnesi üzrə "EUROPEAN CUP” turniri və natural fizik idmanları üzrə "lNBA EURASIAN CHAMPIONSHIP” beynəlxalq turnir keçirilib.

Uşaq fitnesi kateqoriyada pearl Fitness Centre 12 iştirakçı ilə birlikdə çıxış etmişdir: Məmmədzadə Gülnarə Etibar qızı,
Cabbarlı Məlahət Hafiz qızı, Kazımlı Əzizə Camal qızı, Qarayeva Meryem Maarif qızı, Ağamalızadə Sara Nicat qızı, Rüstəmli Mələk İkram qızı,
Rəhimova Gülay İsmayıl qızı,
Salahova Nilufər Emil qızı,
Sadiqova Nur Afiyəddin qızı,
Hüseynova Fidan Əli qızı,
Hüseynova Saida Arif qızı,
Elekberova Dilek Novruz qızı.

5-7 yaş qrupunda mübarizədə "Pearl Fitness” klubunun atleti Məryəm Qarayeva 2-ci, 11-13 yaş qrupunda "Pearl Fitness” təmsilçisi Nur Sadıqova 3-cü, "Pearl Fitness” klubunun digər təmsilçisi Mələk Rüstəmli 2-ci yerə layiq görülüb.

Xanımların mübarizəsində "Pearl Fitness Centre” rəhbəri Dürdanə Əliyeva öz şəxsi idman zalının təmsilçisi kimi çıxış edərək "Sport Model” və "Womans Fitness” kateqoriyalarda iştirak edib. Dürdanə Əliyeva hər iki kateqoriyalar üzrə 1-ci yerə layıq görülüb.