15 Oktyabr 2026
19:51
18

“Çevrilmə” tamaşası teatrsevərlərin ixtiyarına verildi

Dünya ədəbiyyatının incilərindən sayılan Frans Kafkanın eyniadlı əsəri əsasında İNSTİNKT Teatrında səhnələşdirilən "Çevrilmə” tamaşası teatrsevərlərin ixtiyarına verildi.
Tamaşa insanın cəmiyyətdən, doğmalarından və ən əsası özündən yadlaşmasını, mənəvi baxımdan yaşadığı dərin transformasiyanı və bu imtinanın fonunda fərdin faciəsini səhnə dilində əks etdirir. Əsər təkcə fiziki yox, psixoloji və ruhani çevrilmənin cəmiyyətdə və fərdi həyatda yaratdığı acı reallıqları auditoriyaya təsirli şəkildə çatdırır.
Quruluşçu rejissor və səhnələşdirmə: Rəvan Hüseynzadə
İşıq rəssamı: Səid Abbasov
Tamaşada rolları Tural Ələkbərov, Fidan Bayram, Abdullah Səfi və Ayan Məmmədova canlandırır.
Rejissor Yozumu və səhnə həlli sayəsində izləyicilər Kafkanın qaranlıq, bir o qədər də dərin fəlsəfi dünyasına səyahət edərək, insan münasibətlərinin gizli tərəfləri ilə üz-üzə gələcəklər.