27 Sentyabr 2024
23:49
385

“Gənc Sahibkarların “Yaşıl İqtisadiyyat” Platforması” layihəsinin icrasına start verildi

Gənc Mühasiblər İctimai Birliyinin "Gənc Sahibkarların "Yaşıl İqtisadiyyat” Platforması”  layihəsinin icrasına başlanıldı.

Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.

Belə ki, Yaşıl iqtisadiyyatın və eko-sahibkarlığın gənclər arasında təbliğatını aparmaq, gənclər tərəfindən eko-sahibkarlığın xüsusiyyətlərinə biznes təşəbbüslərinin irəli sürülməsi, mümkün biznes imkanlarının müəyyən edilməsi və ətraf mühitə dəyən zərərin azaldılması naminə görülən işlərə dəstək göstərmək, bu istiqamətdə vahid platforma yaratmaq layihənin əsas məqsədidir. Bu məqsədlə  Gürcüstanda - Tblisidə Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan nümayəndələrinin iştirakı ilə beynəlxalq Forum keçiriləcəkdir. Layihə nəticəsində gənclər arasında yaşıl iqtisadiyyat və eko-sahibkarlıq sahələri üzrə beynəlxalq problemləri, təcrübələri müəyyən ediləcək. Hər ölkə üzrə beynəlxalq təcrübənin mübadiləsi baş tutacaq, iştirak edən ölkələrin gəncləri Forum vasitəsilə yeni bilik və bacarıqlar qazanacaq, öz suallarına cavab tapacaq, yaradılan sayt vasitəsilə "Yaşıl İqtisadiyyat” gənclər arasında təbliğ olunacaq, sayt vasitəsilə vahid platforma formalaşdırılacaq, bu da layihənin davamlılığını təşkil edəcəkdir.

Layihə 1 sentyabr 2024-ci il tarixindən 30 noyabr 2024-cü il tarixinə qədər müddəti əhatə edir.