18 Avqust 2026
00:19
15

Grooming Salon By Lala “International Pearls Awards 2026” mükafatına layiq görülüb

Grooming Salon By Lala "International Pearls Awards 2026” mükafatına layiq görülüb.

Bu barədə məlumatı layihənin direktoru İlmirzə Ağabəyov məlumat verib.

Ötən gün ölkəmizdə baş tutan möhtəşəm "International Pearls Awards 2026” gecəsində Azərbaycanla yanaşı, bir çox ölkələrdən tanınmış simalar, incəsənət və media nümayəndələri, müxtəlif sahələrdə uğur qazanan şəxslər və şirkətlər iştirak ediblər.

Mükafatçılar sırasında tanınmış " Peşəkar Heyvan Baxımı və Gigiyenası Salonu - Grooming Salon By Lala" da yer alıb.

Qeyd edək ki, 18 illik peşəkar fəaliyyətə malik tanınmış qrumerdir. Londonda aldığı peşəkar təhsil və qazandığı beynəlxalq təcrübə sayəsində bu sahədə daim inkişaf edərək yüksək xidmət standartları formalaşdırmışdır.Onun rəhbərlik etdiyi komandası qruminqi yalnız estetik baxım deyil, eyni zamanda ev heyvanlarının sağlamlığına, rahatlığına və rifahına göstərilən xüsusi qayğı kimi dəyərləndirir. Sevgi, peşəkarlıq və məsuliyyət prinsipləri ilə fəaliyyət göstərən bu komanda bu gün öz sahəsinin ən uğurlu nümayəndələrindən biri kimi qiymətləndirilir.

"International Pearls Awards 2026” layihəsinin keçirilməsində göstərdiyi dəstəyə görə Baş Sponsorlarımız – Flax Project və White Star Cleaning xüsusi olaraq qeyd olunur.

Tədbirin təşkilatçısı Caspian Events Group və Luxury Society Baku olaraq, Baş Sponsorlarımız Flax Project və White Star Cleaning-ə göstərdikləri dəstəyə görə təşəkkür edirik.