07 Aprel 2023
12:44
399

“Güclü qadın - güclü gələcək” gənc qızların maarifləndirilməsi və təşəbbüs İnstitutu layihəsinin daha bir təlimi keçirilib

06 aprel 2023-cü il tarixdə Bakı Avrasiya Kollecində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və "Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Güclü qadın – güclü gələcək” gənc qızların maarifləndirilməsi və təşəbbüs İnstitutu layihəsinin daha bir təlimi keçirilib.
Təlimdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov, "Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin sədr müavini, layihə rəhbəri Fidan Əzizova, Bakı Avrasiya Kollecinin Təhsildə Keyfiyyət Təminatı Agentliyinin müdiri Sevinc Burzuyeva, PM Akademiya Psixoloji Xidmət və Uşaq İnkişaf Mərkəzinin Ümumi şöbəsnin rəhbəri Ümidə Kəngərli, PM Akademiya Psixoloji Xidmət və Uşaq İnkişaf Mərkəzinin, Bakı Dövlət Universitetinin Gender və tətbiqi psixologiay kafedrasının və Odlar Yurdu Universitetinin psixologiya müəllimi Mehriban Ağabalayeva, layihənin təlimçisi, nitq və diksiya mütəxəssisi, "Charkazli Training and Consultation” MMC-nin direktoru Sona Tanrıverdiyeva və 30 nəfər fəal gənc qız iştirak etmişlər.
İlk öncə "Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədr müavini, layihə rəhbəri Fidan Əzizova layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin əsas məqsədi gənc qız şagird və tələbələrin bu sahədə maarifləndirilməsi, onların hüquqlarının təbliği, gender bərabərliyinin təmin olunması, qadın zorakılığı hallarının aradan qaldırılmasıdır.
Sonra Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov layihə iştirakçılarını və qonaqları salamladı və qeyd etdi ki, cəmiyyətin əsas tərkib hissələrindən biri və birincisi qadınlardır. Bu gün qadın həm cəmiyyətdə ailə dəyərlərinin qorunmasında, həm də bu dəyərin yaranmasında əsas faktor kimi çıxış edən cins mənsubudur. Dünyanın ən inkişaf etmiş ölkələrinin keçdiyi yola nəzər saldıqda məlum olur ki, hər bir dövlətin inkişafında, güclənməsində, tanınmasında, xalqının taleyində həlledici rol oynamasında əsas və mühüm məsuliyyət dövlət başçısının üzərinə düşür.
Daha sonra PM Akademiya Psixoloji Xidmət və Uşaq İnkişaf Mərkəzinin Ümumi şöbəsnin rəhbəri Ümidə Kəngərli, PM Akademiya Psixoloji Xidmət və Uşaq İnkişaf Mərkəzinin, Bakı Dövlət Universitetinin Gender və tətbiqi psixologiay kafedrasının və Odlar Yurdu Universitetinin psixologiya müəllimi Mehriban Ağabalayeva, layihənin təlimçisi, nitq və diksiya mütəxəssisi, "Charkazli Training and Consultation” MMC-nin direktoru Sona Tanrıverdiyeva çıxış edərək qeyd etdilər ki, İnsan hüquqlarının təmin olunması ilə bağlı məsələlər içərisində məişət zorakılığının qarşısının alınması problemi getdikcə daha da aktuallaşır. Statistika bunu göstərir: hər üçüncü qadın həyatda bir dəfə olsa belə zorakılığın, kobud davranışın, 5 min qadın isə hər il öz ailə üzvləri tərəfindən keçirilən qətllərin qurbanı olur. Təəssüf ki, bu məsələ uzun müddət ərzində öyrənilməmiş, gizlədilmiş və məxfi saxlanılmışdır. Hətta Sokrat və Homer kimi antik müəlliflərin əsərlərində qadınlara qarşı neqativ münasibətdən söhbət açılmış, qadının kişilərə tabeçiliyinə dair müddəalar bəzi digər qədim mənbələrdə də yer almışdır. Məlumdur ki, məişət zorakılığının qurbanı əsasən qadınlar və uşaqlardır. Bizim ölkəmiz istisnalıq təşkil etmir. Biz də ailənin daha zəif nümayəndələrinin məişət zorakılığının müxtəlif formalarına məruz qalmaları ilə rastlaşırıq.
Sonda təlimçi və psixoloq gəncləri maraqlandıran sualları cavablandırdılar.