01 Sentyabr 2026
17:52
14

Həmidə Məmmədova “Global Networking Group”un tədbirində iştirak edib

Həmidə Məmmədova "Global Networking Group”un tədbirində iştirak edib.

 

Həkim-kosmetoloq Həmidə Məmmədova "Global Networking Group”un imzası altında keçirilən tədbirin iştirakçıları sırasında yer alıb.

 

Tədbirdə müxtəlif sahələrdən olan mütəxəssislər, sahibkarlar və işgüzar şəxslər bir araya gələrək peşəkar fəaliyyətlərini təqdim edib, yeni tanışlıqlar qurub və əməkdaşlıq imkanlarını müzakirə ediblər. Həmidə Məmmədova da tibbi kosmetologiya sahəsindəki fəaliyyəti ilə görüşdə iştirak edib.

 

Global Networking Group-un direktoru Şamxal Həsənov çıxışında vurğulayıb ki, peşəkarların bir araya gəldiyi bu kimi platformalar yeni ideyaların paylaşılması və qarşılıqlı əməkdaşlıqların formalaşması baxımından əhəmiyyətlidir.

 

Tədbir iştirakçıların aktiv ünsiyyəti və faydalı fikir mübadiləsi şəraitində davam edib.