08 Noyabr 2026
21:17
7

Həssas qrupdan olan şəxslərin cəmiyyətə inteqrasiyasınə start verildi

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə "Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası” İB-nin "Həssas qrupdan olan şəxslərin cəmiyyətə inteqrasiyası” adlı layihəsinin Psixoloji təlim tədbiri, 7 noyabr tarixində Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabiltasiyası Mərkəzində keçirildi.

Tədbirdə ixtisaslı təlimçi psixoloq, mərkəzin direktoru və müavini, layihə rəhbəri, təşkilatın üzvləri və mərkəzin fiziki məhdudiyyətli gəncləri iştirak etdilər. "Həssas qrupdan olan şəxslərin cəmiyyətə inteqrasiası layihəsi 3 ay olmaqla, 4 təlimdən ibarətdir. İlk iki tədbirimiz psixoloji təlimlər olacaq. O, biri təlimlər isə intellektual oyunlar, Musiqi və rəqs dərnəyindən ibarətdir. Layihənin ilk tədbirində 40 nəfərdən çox gənclər iştrak etdi. Layihədə məqsəd özünə qapanmış psixoloji vəziyyətə düşən, öz potensialını görə bilmiyən uşaq və gəncləri bir araya cəmləyib, onları belə layihələrlə cəmiyətə qazandırıb, özüninnam hissini yaratmaqdır.Və bildiyimiz kimi, hər bir şəxsin xüsusi istedada malik olmasını bilirik, amma o istedadı üzə çıxarmaq üçün uşaqlara dəstək olmaq lazımdır.Bu təlimlər nəticəsində bir çox gənclərin əl qabiliyyətləri, peşə öyrənmə həvəslərini, idmana olan sevgilərini, musiqi və rəqs dərslərini necə sevdiklərinin şahidi oluru. Belə layihələrin daha çox olması lazımdır, çünkü gənclər belə layihələr sayəsində tez -tez görüşür, unsiyyet qura bilir, özlərini ifadə edə bilir və kompleksləri aradan qalxır, psixoloji sarsıntıdan uzaq olurlar. Bu layihənin donoru Gənclər Fonduna. bizə göstərilən məkana görə Sosial Xidmətlər Agentliyinə, Sağlamlıq İmakanları Məhdud Peşə Reabiltasiya Mərkəzinin kollektivinə və direktora təşəkkür edirik.