Hicama ustası "9 Noyabr – Networking Day"də
Global Networking Group tərəfindən "9 Noyabr – Networking Day" tədbiri təşkil olunub.
Grupun rəhbəri Şamxal Həsənov qeyd etdi ki, məqsəd müxtəlif sahələrdən peşəkarları bir araya gətirərək yeni əlaqələr qurmaq və biznes əməkdaşlıqlarını genişləndirmək idi.
İştirakçılar arasında bir çox sahədən insan yer aldı, onlardan biri də Mehriban Abdullayeva idi. Qeyd edək ki, Mehriban Abdullayeva hicama masaj və zəli terapiya üzrə mütəxəssis olaraq fəaliyyət göstərir.
Tədbir ilhamverici mühit və qarşılıqlı dəstək atmosferi ilə yadda qalıb.