1. 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilməsi və Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davam etdirilməsi;
2. Şəhid ailələri, müharibə veteranları, qaçqın və məcburi köçkünlərlə ənənəvi görüşlər;
3. "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 24 noyabr 2003-cü il tarixli fərmanın imzalanması, daha sonra isə 2009-2013, 2014-2018, 2019–2023-cü illəri əhatə edən analoji dövlət proqramlarının qəbul edilməsi və icrası;
4. 2004-cü ildə imzalanan "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası, 2007-ci ildə sonuncu çadır şəhərciyinin ləğv edilməsi;
5. Məcburi köçkünlərin və şəhid ailələrinin sosial müdafiəsi, o cümlədən mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədar minlərlə Şəhid ailəsi və məcburi köçkünlərin ev, müharibə əlillərinin avtomobillə təmin edilməsi;
6. Azərbaycan Rusiya münasibətlərinin əsas prinsiplərini əks etdirən Moskva Bəyannaməsi;
7. Yeni nəsil pul nişanlarının (AZN) tədavülə buraxılması;
8. 2006-cı il fevralın 10-da Ermənistanın o zamankı prezidenti Robert Köçəryanın Azərbaycan Prezidentinin diplomatiyasına tab gətirməyərək ayaqyolu bəhanəsi ilə danışıqlar masasından qaçması və gizlincə ölkəsinə qayıtması;
9. 2006-cı ilin iyulun 13-də Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi;
10. Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların yaradılması;
11. 2007-2015 və 2022-2026-cı illər üzrə gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair dövlət proqramlarının qəbul edilməsi;
12. Qlobal əhəmiyyətli "Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) transmilli layihəsi ilə bağlı təşəbbüsün irəli sürülməsi və reallaşdırılması;
13. "Gənclər Sivilizasiyaların Alyansı uğrunda" beynəlxalq konfransına ev sahibliyi;
14. Bakının 2009-cu il üçün "İslam mədəniyyətinin paytaxtı" elan edilməsi;
15. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumununun keçirilməsi təşəbbüsünün BMT-nin Sivilizasiyalar Alyansı, YUNESKO, Avropa Şurası, AŞ-nin Şimal-Cənub Mərkəzi və İSESKO tərəfindən dəstəklənməsi və dəfələrlə həyata keçirilməsi;
16. 2010-cu ildə şücaəti ilə düşməni lərzəyə gətirən, dünyanı heyrətləndirən, qəhrəmanlıqla həlak olmuş Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun və Şəhid Fərid Əhmədovun cənazələrinin Azərbaycana gətirilməsi;
17. "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı;
18. Gənclər Fondunun yaradılması;
19. Bakı Beynəlxalq Humanitar Forumunun təsis edilməsi;
20. 57-ci Avroviziya Mahnı Müsabiqəsinin Bakıda keçirilməsi;
21. Dünyada nümunəvi olan Azərbaycan brendinin - "ASAN Xidmət” modelinin yaradılması;
22. "Terrorizmə qarşı mübarizənin həyata keçirilməsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi"nə dair BMT Təhlükəsizlik Şurasının yüksək səviyyəli iclasına sədrlik;
23. Ramil Səfərovun ekstradisiyası və dərhal əfv edilməsi;
24. Azərbaycanın ilk süni peykinin orbitə çıxarılması ilə dünya kosmos ailəsinin üzvünə çevrilməsi;
25. "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyası;
26. Şahdəniz Konsorsiumu ilə 9 Avropa şirkəti arasında Qaz Satışı üzrə Sazişlərin imzalanması;
27. "Cənub Qaz Dəhlizi”nin təməlinin qoyulması;
28. "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın qəbul edilməsi;
29. "Bakı-2015” ilk Avropa Oyunlarının Azərbaycanda yüksək səviyyədə keçirilməsi;
30. Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi;
31. Aprel döyüşlərində qələbə qazanılması və bir sıra ərazilərin işğaldan azad edilməsi;
32. 2016-cı ildən etibarən Formula 1 Azərbaycan Qran Prisinin dəfələrlə yüksək səviyyədə təşkili;
33. 42-ci Ümumdünya Şahmat Olimpiadasının yüksək səviyyədə təşkili;
34. Tibbi sığortanın tətbiqi istiqamətində işlərin görülməsi;
35. Azərbaycanın balanslaşdırılmış xarici siyasət aparması və regional əhəmiyyətinə görə ABŞ-nin Baş Qərargah rəisi general Joseph Dunford və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Valeri Gerasimovun ikitərəfli görüş üçün Bakını seçməsi, bununla Bakının diplomatiya mərkəzinə çevrilməsi;
36. "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi;
37. Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin istismara verilməsi;
38. Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə keçirdiyi hərbi parad;
39. İdarəetmədə sistemli islahatların aparılması;
40. Azərbaycanın ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrliyi;
41. Beynəlxalq tribunada səsləndirilən "Qarabağ Azərbaycandır və nida işarəsi” ifadəsinin şüara çevrilməsi və reallaşdırılması;
42. Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar” şirkətləri ilə bərpaolunan enerji üzrə pilot layihələrin reallaşdırılmasına dair İcra müqavilələrinin imzalanması;
43. Koronavirusla əlaqədar ölkəmizin təşəbbüsü ilə Türk Şurasının fövqəladə Zirvə görüşünün keçirilməsi;
44. 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbə ilə torpaqlarımızın azad edilməsi, ordumuz və diplomatiyamızın gücününün bütün dünyaya göstərilməsi, Azərbaycan tarixində yeni bir mərhələnin başladılması;
45. Vətən müharibəsində Qələbə münasibətilə medal və ordenlərin təsis olunması;
46. Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı;
47. YAŞAT Fondunun yaradılması;
48. Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi;
49. Qarabağ Dirçəliş Fondunun yaradılması;
50. 2021-ci il fevralın 26-da 4 saatdan artıq müddətdə canlı yayımla dünyanın 35 ölkəsini təmsil edən 50-dən çox jurnalistin suallarını 4 dildə cavablandırması ilə dünyanın diqqətini cəlb etməsi;
51. BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə "COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamənin qəbul edilməsi;
52. Azərbaycana pandemiya ilə mübarizədə qlobal səviyyədə göstərdiyi səylərə görə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən xüsusi təşəkkürün elan edilməsi;
53. Azərbaycanın və türk dünyasının mədəniyyət paytaxtı Şuşada "Xarıbülbül" musiqi festivalının keçirilməsi;
54. Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında imzalanmış Şuşa Bəyannaməsi;
55. Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı ilə Füzuli və Zəngilan Beynəlxalq Hava Limanlarının açılışı;
56. "Texnofest Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı;
57. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu;
58. Beynəlxalq tribunada Prezident İlham Əliyevin "Avropada ən çox arzuolunan lider” adlandırılması;
59. Böyük qayıdış strategiyasının hazırlanması, azad olunan ərazilərdə görülən misilsiz işlər və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması;
60. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə;
61. Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin Bəyanatı ilə BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə və həll etmək barədə razılığın əldə edilməsi;
62. Antiterror əməliyyatı ilə Qarabağda qanunsuz erməni silahlı qruplaşmalarının tərksilah edilməsi, Qarabağda gizlənən cinayətkarların məsuliyyətə cəlb edilərək cəzalandırılması, terrorçulardan təmizlənən ərazilərdə Azərbaycan bayrağınn qaldırılması və Xankəndidə Zəfər paradının keçirilməsi.