Prezident İlham Əliyev "Tokio-2020” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyeva və Orxan Aslanovu təbrik edib.
İslahat.az xəbər verir ki, bu barədə dövlət başçısı "Twitter” səhifəsində paylaşım edib.
"Paralimpiyaçılarımız bizi sevindirməkdə davam edir. "Tokio-2020” Yay Paralimpiya Oyunlarında qızıl medallarımızın sayı 14-ə çatdı. Qızıl medalçılarımız Lamiyə Vəliyeva və Orxan Aslanovu inamlı qələbələri münasibətilə ürəkdən təbrik edirəm!”
İslahat.az